“Şəhərsalmanın inkişafında qadınların rolu” mövzusunda panel müzakirə təşkil edildi

“Şəhərsalmanın inkişafında qadınların rolu” mövzusunda panel müzakirə təşkil edildi
03.07.2025 15:54

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən paneldə Pakistan İslam Respublikasının Qadınların Statusu üzrə Milli Komissiyanın sədri Ume Laila Azhar, Tacikistan Respublikasının Qadın və Ailə Məsələləri Komitəsinin sədr müavini Çamanoro Odinazoda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, Türkmənistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Maral Yayliyeva, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nəsar Hayat, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı çıxış ediblər.

Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.

Paneldə İƏT regionunda inklüziv şəhər siyasətlərinin təşviq edilməsi, eləcə də iqlim dəyişikliyinə qarşı dayanıqlı və sağlam şəhərlərin qurulmasında qadınların rolunun gücləndirilməsi və müvafiq sahə üzrə digər məsələlər müzakirə edilib.

Çıxışçılar 2026–2035-ci illər üçün İƏT-in yeni inkişaf sənədinin hazırlanması və həyata keçirilməsində qadınların iştirakının təmin edilməsi, İƏT çərçivəsində dayanıqlı şəhərlərlə bağlı yeni bir platformanın yaradılmasının əhəmiyyəti, qadınların davamlı şəhər iqtisadiyyatı layihələrinə, o cümlədən dövri iqtisadiyyat layihələrinə fəal cəlb olunmasını və onların maliyyə resurslarına, o cümlədən iqlim maliyyəsinə çıxışının dəstəklənməsi ilə bağlı fikirlərini səsləndiriblər. 

Panel zamanı, həmçinin ölkəmizdə Qarabağ və Şərgi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərində qadınların töhfəsindən bəhs edilib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, şəhərlərin inklüzivliyinin yüksək olmasına səy göstərilir.

Panel sessiya mövzu üzrə müzakirə və sual-cavabla davam edib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər