"Çexski Bakı" problemimizi həll edəcək?

"Çexski Bakı" problemimizi həll edəcək?
15.04.2026 16:26

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi 2026-cı ilin fevral-mart aylarında Çexiya ilə ictimai nəqliyyat sahəsində əməkdaşlığı gücləndirib. Çex nümayəndə heyəti Bakıya səfər edib, Azərbaycan tərəfi isə Praqaya təlim missiyası təşkil edib. Əsas məqsəd ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası, smart-mobillik həlləri və rəqəmsal transformasiya təcrübəsini öyrənməkdir. Çexiya bu sahədə Avropanın ən uğurlu ölkələrindən biri sayılır və Azərbaycan üçün real nümunə ola bilər.

TodayPress TV-nin araşdırmasına görə, Çexiyanın böyük şəhərləri kompakt, tarixi və müasir infrastruktura malikdir.

Əhalisi nisbətən az olsa da, nəqliyyat sistemi Avropada ən yüksək səviyyədə qiymətləndirilir. Bunun əsas səbəbi tam inteqrasiya, vahid tarif sistemi, rəqəmsal idarəetmə və ekoloji yanaşmadır.

Praqada PID (Prazska integrovana doprava) sistemi fəaliyyət göstərir. Metro, tramvay şəbəkəsi, avtobuslar, trolleybuslar, Vltava çayı üzərində bərələr, funikulyor və regional dəmir yolu fəaliyyət göstərir.

"Litacka" mobil tətbiqi və elektron bilet sistemi sayəsində istifadəçilər bir kart və ya telefonla metro, tramvay və qatar daxil olmaqla bütün nəqliyyat vasitələrindən istifadə edə bilirlər. Sərnişin axını real vaxt rejimində izlənir və planlaşdırma böyük məlumat analitikası ilə aparılır. 90 dəqiqəlik bilet təxminən 50 CZK (3.5 - 4 AZN), günlük bilet isə 150 CZK (10.5 - 12 AZN) civarındadır. Uşaqlar və yaşlılar üçün güzəştlər mövcuddur.

Brnoda nəqliyyat sistemi DPMB (Dopravni podnik mesta Brna) tərəfindən idarə olunur. Şəhərdə tramvaylar, trolleybuslar, avtobuslar və hətta su nəqliyyatı fəaliyyət göstərir. Brnonun xüsusi üstünlüklərindən biri gecə nəqliyyat sistemidir. Həftənin hər günü gecə avtobusları saat 23:00-dan səhərə qədər müntəzəm şəkildə işləyir və şəhərin bütün hissələrini əhatə edir. Ev heyvanları və baqaj da çox vaxt əlavə ödənişsiz daşınır.

Niyə Çex modeli uğurludur? Çünki ilk olaraq tam inteqrasiya sistemi mövcuddur. Müxtəlif nəqliyyat növləri arasında fasiləsiz keçid təmin edilir və “bir bilet - hər yer” prinsipi tətbiq olunur. İkincisi, rəqəmsal həllər geniş istifadə olunur. Mobil tətbiqlər, real vaxt izləmə və avtomatlaşdırılmış planlaşdırma sistemləri nəqliyyatı daha səmərəli edir. Üçüncüsü, ekoloji və sosial yanaşma güclüdür. Tramvay və elektrik nəqliyyatı prioritetdir, mərkəzlərdə avtomobil istifadəsi azaldılır, hava keyfiyyəti yaxşılaşdırılır.

Bakı və digər şəhərlərdə metro, avtobus və taksi xidmətləri mövcuddur, lakin tam inteqrasiya hələ formalaşma mərhələsindədir. Çex təcrübəsi bir sıra istiqamətlərdə faydalı ola bilər. Vahid tarif və bilet sistemi yaradılaraq metro, avtobus və gələcək şəhərətrafı qatarlar bir platformada birləşdirilə bilər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Все новости