Buğda idxalı 37 % artdı

Buğda idxalı 37 % artdı
17.03.2026 17:35

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 257 min 269 ton buğda idxal edib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 57 milyon 895 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 69 min 699 ton (37,1 %), dəyər baxımından isə 17 milyon 399 min ABŞ dolları (43 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2,2 %-ni təşkil edib.

Xatırladaq ki, ötən iki ayda Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Все новости