Bu binalar dağılma riski ilə üz-üzədir – CİDDİ XƏBƏRDARLIQ!

Bu binalar dağılma riski ilə üz-üzədir – CİDDİ XƏBƏRDARLIQ!
27.11.2025 15:21

“Azərbaycanda, xüsusilə də sovet dövründə tikilmiş binalarda özbaşına aparılan təmir işləri ciddi təhlükə yaradır”.

Bu barədə TodayPress TV-yə danışan memar Elçin Əliyev bildirib ki, kooperativlər tərəfindən tikilən binaların idarəçiliyinə həmin kooperativin şurası cavabdeh olmalıdır. 


Lakin belə qurumlar mövcud olmadıqda, məsuliyyət köhnə "JEK"lərin Mənzil Kommunal İstismar Sahələrinin üzərinə düşür.

"İllər ərzində sakinlər mənzillərində təmir apararkən çox vaxt bilmədən binanın daşıyıcı konstruksiyasına müdaxilə edirlər. Bu zaman sütunların yerinin dəyişdirilməsi, riqellərin kəsilməsi, layihədə nəzərdə tutulmayan qapı və keçidlərin açılması kimi hallar baş verir. Ayrı-ayrılıqda bu dəyişikliklər binanı dərhal çökmə riskinə salmasa da, müxtəlif mənzillərdə toplanan eyni tip səhvlər bütövlükdə binanın qəfil dağılmasına səbəb ola bilər".

Memar hesab edir ki, xüsusilə yeni və çoxmərtəbəli binalarda təmir işləri ciddi dövlət nəzarətinə götürülməlidir:

"Fövqəladə Hallar Nazirliyi bu prosesə nəzarət etməlidir ki, sakinlər bilmədən binanın konstruksiyasına zərər vurmasınlar. 1950-1960-cı illərin binaları müəyyən müddət üçün nəzərdə tutulmuşdu və onlar mütəmadi texniki xidmət almalı idi. Lakin reallıqda bu proses uzun illərdir davamlı şəkildə təmin edilmir".

Elçin Əliyev əlavə edib ki, şəhərin mərkəzində bəzi binaların yalnız fasadları yenilənir, amma periferiya ərazilərdə nə estetik, nə də texniki baxımdan zəruri qulluq göstərilir. Bu isə 50-70 il sonra binaların təbii köhnəlməsi və hətta qəfil dağılması riskini artırır.

O vurğulayıb ki, məsələ təcili olaraq sistemli şəkildə diqqətə götürülməlidir.

Qeyd edək ki, Goranboyda döşəməsi çökərək yararsız hala düşən beşmərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb. Hadisə ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bütün sakinlər binadan təxliyə olunub. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Все новости