BDYPİ avtomobillərdə uşaqların daşınması qaydaları ilə bağlı xatırlatma etdi

BDYPİ avtomobillərdə uşaqların daşınması qaydaları ilə bağlı xatırlatma etdi
27.06.2025 14:27 Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərdə sərnişin və xüsusilə uşaqların daşınması qaydaları ilə bağlı xatırlatma edib.

Bu barədə TodayPress TV-yə BDYPİ-dən məlumat verilib.

"Təəssüflə bildiririk ki, son vaxtlar bəzi sürücülər tərəfindən sərnişin daşıma qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir.

Belə ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin lyukundan, yaxud pəncərəsindən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir. Bu cür davranışlar nəin ki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından istifadə olunmadıqda ağır nəticələr qaçılmaz olur və bu hal mövcud qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır.

Unutmayın! Sürücülər sərnişinlərin, xüsusilə uşaqların təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyırlar. Hərəkətə başlamazdan əvvəl avtomobildə hər kəsin təhlükəsizlik kəmərini bağladığından əmin olmalıyıq. Eyni zamanda, azyaşlı uşaqlar çəkilərinə uyğun uşaq oturacağında daşınmalıdır. Yadda saxlayın! Hərəkətdə olan avtomobilin salonunda ayaqüstə durmaq, lyukdan və ya pəncərədən bədənimizi çıxarmaq qadağandır.

Hörmətli yol hərəkəti iştirakçıları!

Yol hərəkəti təhlükəsizliyi hər birimizin ümumi məsuliyyətidir. Bir neçə saniyəlik diqqətsizlik, qaydalara riayət etməmək, ölçüyəgəlməz faciələrlə nəticələnə bilər. Həyatınızı və sevdiklərinizi qorumaq üçün hər zaman məsuliyyətli olaq, qaydalara əməl edək",- deyə əlavə edilib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 Bütün Xəbərlər