Başçısız qalan icra hakimiyyətləri - SİYAHI

Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
21.07.2026 18:00

Hazırda ölkədə rəhbərsiz qalan icra hakimiyyətlərinin sayı 6-ya çatıb. Hazırda 2 şəhər və 4 rayon icra başçısı təyinatı gözləyir.

TodayPress TV Modern.az-a istinadən həmin rayon və şəhərlərin siyahısını təqdim edir.

Qaradağ rayonu: Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsindən altı ay ötür. 2026-cı il yanvarın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən 64 yaşlı sabiq icra başçısından sonra rayona hələ də yeni rəhbər təyin olunmayıb. Hazırda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov icra edir.


Culfa rayonu: 2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub. İki ildən çoxdur rayona yeni başçı təyin edilməyib. Rəhbər səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini Sara Hüseynova icra edir.


Gədəbəy rayonu: 2022-ci ilin avqustunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Orxan Mürsəlov ötən ilin noyabrında Göyçay Rayon İcra Hakimiyyətinə başçı göndərilib. Hazırda Gədəbəydə icra başçısı vəzifəsini müavin Natiq Nağıyev icra edir.


Naftalan şəhəri: Ötən ilin noyabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şəhərə hələlik yeni rəhbər təyin olunmayıb. İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti olaraq başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Məmmədov Arzu Alay oğlu icra edir. Ağdərə rayonu: 2023-cü il dekabrın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb. Naxçıvan şəhəri: Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bu ilin fevralında Muxtar Respublikanın Baş naziri təyin olunduğu üçün postu vakant qalıb. Hazırda başçının vəzifələrini birinci müavin Əhməd Vəliyev müvəqqəti icra edir.


ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
SON DƏQİQƏ: İsrailin Bəhreyndəki səfirliyində partlayış oldu - İDDİA 00:40 İran, İraq, Əfqanıstan… Tramp bütün müharibələri bir siyahıda topladı 00:29 Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Все новости