BakuBus 1460 azn maaşa qadın sürücü axtarır

BakuBus 1460 azn maaşa qadın sürücü axtarır
27.07.2026 11:56

“BakuBus” MMC fəaliyyətə başladığı gündən etibarən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılmasını və sərnişin məmnunluğunu prioritet istiqamət olaraq müəyyən edib və bu məqsəd istiqamətində əsaslı tədbirlər həyata keçirib. Eyni zamanda, gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılması da daim diqqət mərkəzindədir”.

TodayPress TV xəbər verir ki, bu sözləri “BakuBus” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirib.

Onun sözlərinə görə, şirkət bütün marşrutlar üzrə və say məhdudiyyəti olmadan qadın sürücüləri işə götürəcək:

“Bir neçə gün əvvəl rəsmi sosial media platformalarımızda “Qadınları Sükan Arxasına Dəvət edirik!” başlığı ilə paylaşdığımız vakansiya bu təşəbbüsümüzün ən vacib təzahürlərindəndir. Bildiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda qadınların sürücü kimi təmsil olunması çox nadir haldır. Lakin, biz BakuBus olaraq inanırıq ki, qadınların bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə və cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcək.

Bildiririk ki, işə qəbul prosesində qadın sürücülər üçün heç bir say məhdudiyyəti qoyulmamışdır – D kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan istənilən sayda qadın namizəd işə dəvət oluna bilər. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub. İşə qəbul olunmuş sürücülər Bakı şəhəri daxilində “BakuBus” MMC-nin istismarında olan bütün marşrut xətləri üzrə fəaliyyət göstərə biləcəklər.

Artıq 10-dan çox xanım namizəd vakansiyaya müraciət etmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, namizədlərin D kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Müraciət edən hər bir namizəd fərdi şəkildə dəvət olunaraq işə qəbul prosesi və prosedur qaydalarla ətraflı tanış ediləcəkdir”

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
27 июля 2026
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Ukraynadan tarixi dəyişdirən hesabat - Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı inhisarına son qoyub 13:27 Rektor 670 bal yığan qazaxlı abituriyenti Neft Məktəbini seçməsi üçün razı salmağa çalışır 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 Вышел из тюрьмы через 41 год и опозорил генералов — поставил Францию на уши из-за Египта 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Следователь, утонувший на Каспии, оказался сыном должностного лица — ФОТО 12:05 Слова нашего известного поэта «Нельзя построить Туран с помощью ислама» взбудоражили социальные сети 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Все новости