Bakıda taksilərə QADAĞA: Qiymətlər ARTACAQ

Bakıda taksilərə QADAĞA: Qiymətlər ARTACAQ
28.01.2026 13:43

"Yeni qərar taksilərin sayını azaltdığı qədər qiymətlərin də artmasına gətirib çıxara bilər". 

TodayPress TV xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Adil Nəbiyev taksilərə tətbiq edilən məkan məhdudiyyətlərindən danışarkən bildirib.


Onun sözlərinə görə, Bakıda lisenziyası olan taksi sürücülərinə paytaxtdan kənarda sifariş qəbulunun qadağan edilməsi və eyni qaydanın bölgə taksilərinə Bakıda tətbiq olunması nəqliyyat bazarında ciddi dəyişikliklərə səbəb ola bilər.

"Yağış və ya qar yağan kimi, yaxud metroda hər hansı bir nasazlıq baş verən kimi taksi xidmətlərində onsuz da qiymətlər dərhal qalxır. Bu qərar ilk baxışdan nizam-intizamın yaradılması və bazarın tənzimlənməsi məqsədi daşısa da, praktik nəticələri daha mürəkkəbdir və bir neçə istiqamətdə təsir göstərir. Əvvəla, şəhərlərarası taksi səfərlərinin qiymətlərinin artması ehtimalı kifayət qədər yüksəkdir. Sürücü Bakıdan Sumqayıta, Abşerona və ya digər yaxın şəhərlərə sərnişin apardıqdan sonra geri dönüşdə müştəri götürə bilmirsə, yolun bir hissəsini gəlirsiz qət etmiş olur. Bu itki isə qaçılmaz olaraq gediş haqqına əlavə edilir".

Ekspert vurğulayıb ki, sərnişin faktiki olaraq yalnız bir istiqamətin deyil, gedib-gəlmə məsafəsinin xərcini ödəməli olur. Xüsusilə gündəlik Bakı-Sumqayıt, Bakı-Xırdalan kimi marşrutlardan istifadə edənlər üçün bu, qiymətlərin hiss olunan dərəcədə bahalaşması ilə nəticələnə bilər:

"Digər tərəfdən, bu məhdudiyyət sürücülərin iş səmərəliliyini azaldır. Taksi fəaliyyəti elastiklik üzərində qurulub və sürücü gün ərzində harada sifariş varsa, orada işləməklə qazancını formalaşdırır. Coğrafi sərhədlərin sərtləşdirilməsi sürücünün vaxtının və yanacaq resurslarının israfına səbəb olur, eyni zamanda bazarda süni çatışmazlıq yaradır. Məsələn, Bakıda pik saatlarda taksi tapmaq çətinləşə, bölgələrdə isə boş taksilərin sayı arta bilər".

A.Nəbiyev əlavə edib ki, qadağanın müsbət tərəfi kimi yerli bazarların qorunması və lisenziyasız fəaliyyətin qarşısının alınması göstərilə bilər. Teorik olaraq bu yanaşma hər şəhərdə taksi sayının balanslaşdırılmasına və nəzarətin asanlaşdırılmasına xidmət edir:

"Lakin real vəziyyətdə sərnişinin maraqları ikinci plana keçir. Sərnişin üçün əsas olan rahatlıq, əlçatanlıq və münasib qiymətdir. Əgər qaydalar bu üç amili zəiflədirsə, ictimai narazılıq qaçılmaz olur.

Ümumilikdə, bu qadağa uzunmüddətli perspektivdə nə sürücülər, nə də sərnişinlər üçün ideal görünür. Daha çevik mexanizmlər tətbiq edilə bilərdi. Məsələn, şəhərlərarası səfərdən sonra geri dönüş sifarişlərinə məhdud, lakin icazəli rejim tətbiq etmək və ya vahid regional lisenziya modeli yaratmaq mümkün olardı. Bu halda həm bazar nəzarətdə saxlanılar, həm də qiymətlərin süni artımının qarşısı alınardı".

O qeyd edib ki, mövcud qərar şəhərlərarası taksi səfərlərinin bahalaşmasına real zəmin yaradır və nəqliyyat sistemində balansı zəiflədir. Qadağanın məqsədi anlaşılan olsa da, onun tətbiq forması daha düşünülmüş, sərnişin və sürücü maraqlarını uzlaşdıran şəkildə yenidən nəzərdən keçirilməlidir.

Məlumat üçün bildirək ki, Bakıda fəaliyyət göstərmək üçün lisenziyası olan taksi sürücülərinə artıq paytaxt xaricində sifariş qəbul etməyə icazə verilməyəcək. Eynilə, bölgələrdən olan taksi sürücülərinə də artıq Bakıda fəaliyyət göstərmək qadağandır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Все новости