Sabunçu Tibb Mərkəzində rüsvayçılıq: "İnsultlu xəstəyə MRT-nin cavabı sabah çıxacaq dedilər" — Həkim üsyan etdi

Sabunçu Tibb Mərkəzində rüsvayçılıq: "İnsultlu xəstəyə MRT-nin cavabı sabah çıxacaq dedilər" — Həkim üsyan etdi
10.06.2026 12:23

Təcili yardım və daxili xəstəliklər həkimi Pərvanə Fətullayeva kəskin insult şübhəsi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılan xəstənin müayinəsi zamanı ciddi nöqsanla qarşılaşdıqlarını bildirib.

TodayPress TV xəbər verir ki, həkim bu barədə özünün "Facebook" hesabında paylaşım edib.

Pərvanə Fətullayevanın sözlərinə görə, təcili yardım həkimi kimi kəskin insult (beyin qan dövranının pozulması) şübhəsi olan bir xəstəni Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edib.

“Xəstəxanadakı növbətçi həkim bizə: “Xəstəni o biri korpusa aparın, beyin MRT-si etdirin”, – dedi. Müayinə aparıldı və bildirildi ki, “MRT cavabını oxuyan mütəxəssis hazırda yoxdur, sabah səhər saat 10-da gələcək…”

Dəhşətli xəta da məhz buradadır! İnsult zamanı hər dəqiqədə 1,9 milyon beyin hüceyrəsi (neyron) ölür və həyatı xilas etmək üçün cəmi 4,5 saatlıq “terapevtik pəncərə” mövcuddur. Xəstəni növbəti günün səhərinə qədər gözlətmək onu birbaşa əlilliyə və ya ölümə məhkum etmək deməkdir”, – deyə o qeyd edib.

Həkim bildirib ki, Amerika Ürək və İnsult Assosiasiyasının (AHA/ASA) rəsmi təlimatına əsasən, kəskin insult şübhəsi olan xəstə xəstəxanaya daxil olan andan etibarən ilk addım olaraq MRT-yə yox, kontrastsız beyin KT-sinə (Kompüter Tomoqrafiyası) yönləndirilməlidir.

“Niyə KT?

Sürət: KT müayinəsi cəmi 2–3 dəqiqə çəkir, MRT isə 25–30 dəqiqə. Kəskin xəstə üçün bu, çox böyük zaman fərqidir.

Məqsəd: İlk dəqiqələrdə məqsəd beyindəki zədənin böyüklüyünü müəyyən etmək deyil, xəstəyə trombəridici müalicə tətbiq etmək üçün əks-göstəriş sayılan qanaxmanı (hemorragiyanı) istisna etməkdir. KT qanaxmanın aşkarlanması üçün qızıl standartdır.

Mütəxəssis asılılığı yoxdur: KT görüntülərində qanaxmanı təcili yardım həkimi və ya növbətçi həkim də xüsusi radioloq olmadan dərhal görə bilər. MRT-nin qiymətləndirilməsi isə mütəxəssis tələb edir və bizim hadisədə olduğu kimi xəstə çıxılmaz vəziyyətdə qala bilir.

“MRT etdirin, cavab sabah çıxacaq” yanaşması həm tibbi, həm də hüquqi baxımdan ciddi xətadır. Tibb müəssisələrində daxili insult alqoritmləri mütləq yenilənməlidir. Xəstəxanaya gətirilən insult xəstəsi birbaşa və təcili şəkildə KT müayinəsinə yönləndirilməlidir!”, – deyə Pərvanə Fətullayeva vurğulayıb.

Qiymət Mahir


XƏBƏR LENTİ
31 IYUL 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Bütün Xəbərlər