Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu

Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu
27.07.2026 13:11

Bakı Qızlar Universitetinin (BQU) fəaliyyətini dayandırması xəbəri ictimaiyyətdə və sosial şəbəkələrdə geniş rezonans doğurub.

TodayPress TV xəbər verir ki, BDU Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva BQU-nun bağlanmasına münasibət bildirərək, bu ali məktəblə bağlı xatirələrini bölüşüb və qərarın fəsadlarına diqqət çəkib.


S.Əliyeva 29 yaşında gənc mütəxəssis ikən Bakı Qızlar Universitetində fəaliyyətə başladığını, rektor Ağarəhim Rəhimovun etimadı ilə Azərbaycan dilinin tədrisi metodikası kafedrasına rəhbərlik etdiyini bildirib. O, həmin illərdə universitetdə Afad Qurbanov, Bəşir Əhmədov, Qəzənfər Kazımov və Ənvər Abbasov kimi nəhəng alimlərin dərs dediyini xatırladıb:

“Bu gün Bakı Qızlar Universitetinin bağlanması xəbərini eşidəndə sanki gəncliyimdən bir səhifə qopdu. Hadisənin bütün təfərrüatlarını bilmirəm. Amma bir həqiqəti bilirəm: hər bağlanan təhsil ocağı təkcə divarların, auditoriyaların, sinif otaqlarının susması deyil”.

Dekan müavini xüsusilə vurğulayıb ki, Bakı Qızlar Universiteti xüsusilə bölgələrdən olan gənc qızların təhsil almasında mühüm rol oynayıb:

“Bu, bəzən bölgələrdə mühafizəkar düşüncənin hökm sürdüyü ailələrdən olan neçə-neçə qızın təhsil yolunun daralması deməkdir. Bu, arzuların bir az da uzaqlaşması, işığa gedən yolların bir az da azalması deməkdir. Universitetlər yalnız diplom verən müəssisələr deyil. Onlar talelər yazır, insan formalaşdırır, cəmiyyət qururlar”.

S.Əliyeva əlavə edib ki, bina olaraq fəaliyyəti dayansa da, universitetin yetişdirdiyi kadrların yaddaşında bu ocaq həmişə yaşayacaq:

“Bəzən bir universitet bağlanır, amma onun divarları arasında yetişən insanların yaddaşında o universitet heç vaxt bağlanmır. Çünki həqiqi elm binalarda deyil, insanın qəlbində yaşayır”.

Qeyd edək ki, Bakı Qızlar Universiteti uzun illər müəllimlik və müxtəlif ixtisaslar üzrə qadın kadrların hazırlanmasında ixtisaslaşmış özəl ali təhsil müəssisələrindən biri olub.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
27 июля 2026
Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Исторический доклад из Украины — Азербайджан положил конец российской монополии на Южном Кавказе 13:27 Ректор пытается убедить абитуриента из Газаха, набравшего 670 баллов, выбрать Нефтяную школу 13:16 Bakı Qızlar Universitetinin bağlanma xəbəri böyük etirazlar doğurdu 13:11 Kraudfandinq platforması ilə bağlı dövlət rüsumu müəyyənləşdi 13:07 PSJ-nin gənc ulduzu İngiltərə nəhənglərinin radarında 13:04 Сын шехид спас Карабах, а мать спасла дочь... 13:00 Все новости