Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim edildi

Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim edildi
15.01.2026 14:38

Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim olunub.

Bu barədə TodayPress TV-yə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.

Kitablar Ağcabədidəki "Cümə", "Seyid İsmayıl Ağa" (Muğanlı kəndi), "Heydər" (Salmanbəyli kəndi) və Hindarx qəsəbəsi, Tərtərdəki "Cümə" və Əskipara kəndi, Füzulidəki "Əhli-Beyt" və Böyük Bəhmənli kənd, Ağdamdakı Xındırıstan kənd, həmçinin, Cəbrayıldakı Cocuq Mərcanlı kənd məscidlərinə bağışlanıb.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi "Hər məsciddə kitabxana" layihəsinin məqsədi milli-mənəvi dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişlərinin artırılması, həmçinin məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də ictimai-mədəni fəaliyyətlərin həyata keçirildiyi mərkəzlərə çevrilməsinə dəstək verməkdir.

2025-ci ildə ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscid kitabxana ilə təmin edilib.

Layihənin cari ildə də davam etdirilməsi planlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər