Bakı metrosunda daha bir maşinist qadın

Bakı metrosunda daha bir maşinist qadın
06.03.2026 11:12

"Bakı Metropoliteni" QSC-nin həyata keçiridiyi növbəti kursu müvəffəqiyyətlə bitirmiş maşinistlər peşə fəaliyyətinə başlayıblar.

TodayPress TV səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hazırda qatar maşinisti peşəsi üzrə təcrübə proqramına qeydiyyat və yeni kurslar davam etdirilir.

Bildirilib ki, tamamlanan 6 aylıq kursun nəticələrinə əsasən, 6 gənc Bakı metrosunun Təlim-tədris mərkəzində keçirilən nəzəri və praktiki məşğələləri uğurla başa vuraraq qatar maşinisti peşəsinə yiyələnib. Martın 6-da keçirilən tədbirdə gənc maşinistlərə vəsiqələri təqdim olunub.

Yeni maşinistlərdən biri isə qadındır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Səriyyə Vəlizadə 2015-2019-cu illərdə Ekologiya ixtisası üzrə bakalavr təhsili alıb.

Qeyd edilib ki, qatar maşinisti kursları 2018-ci ildən innovativ seçim qaydaları əsasında təşkil olunur. Qeydiyyatdan keçən və ilkin tələbləri ödəyən namizədlər əvvəlcə ənənəvi qaydada nəzəri biliklərə yiyələnir, sonra metropolitenin əsas sahələri ilə əyani tanış olurlar. Onlara vaqon, təmir, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilir. Bu mərhələdə müdavimlərə 9 fənn üzrə 464 saat məşğələ keçirilir.

İkinci mərhələ üzrə Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsində iştirak edən iddiaçılar bir tədris raundundan digərinə imtahan yoxlamalarının nəticələrinə əsasən keçirlər.

Müdavimlər üçüncü mərhələdə metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi prosesinə cəlb olunurlar. Onlar Bakı Metropoliteni təlimçilərinin nəzarəti altında qeyri-pik saatlarda xəttə çıxaraq peşə vərdişlərinə uyğunlaşırlar.

Davamlı olaraq həyata keçirilən yeni maşinistlərin hazırlanmasının indiki mərhələsində 3 qrupda kurslar təşkil edilib və daha 3 qadın namizəd bu peşəyə yiyələnmək üçün hazırlaşır. Ümumilikdə isə 37 müdavim qatar maşinisti peşəsinin sirlərini öyrənir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
25 mindən çox miqrant Seutadan Mərakeşə qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 Все новости