Bakı Metropoliteni tarixində ilk – “Metro Hackathon” layihəsinin qalibləri bəlli oldu

Bakı Metropoliteni tarixində ilk – “Metro Hackathon” layihəsinin qalibləri bəlli oldu
03.05.2026 16:09

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tarixi yeniliyə imza atıb.

TodayPress TV xəbər verir ki, 1-3 mayda süni intellekt (Aİ) əsaslı innovativ həllərlə sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin potensialının reallaşdırılması məqsədilə "Metro Hackathon" layihəsi keçirilib.

Layihədə iştirak üçün ümumilikdə 1 201 nəfər müraciət edib. Bir aydan çox davam edən qeydiyyat mərhələsində proqrama xüsusən gənclər və sahə üzrə mütəxəssislər ciddi maraq göstəriblər.

875 bakalavr və magistr tələbəsi və sahə üzrə 326 peşəkar mütəxəssis arasında aparılan seçim prosesinin yekunlarına əsasən, 72 namizədin iştirakı təsdiqlənib. Onlar arasında ortalama yaş həddi isə 19-24 olub.

Seçim prosesi peşəkar mütəxəssislər tərəfindən bir neçə meyar üzrə (texniki uyğunluq, ideya yanaşması, komanda balansı və s.) kompleks şəkildə aparılaraq ümumi rəy formalaşdırılıb.

3 gün davam edən yarışmada hərəsi 4 təsadüfi iştirakçıdan formalaşdırılan 18 komanda mübarizə aparıb.

Komandalar metropolitenin stansiyalarının – "İçərişəhər", "Sahil", "28 May", "Gənclik", "Bakmil", "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Həzi Aslanov", "Xətai", "Cəfər Cabbarlı", "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar", "Nəsimi", "Dərnəgül" və "8 Noyabr" adları altında yarışıblar.

Müsabiqənin ilk iki günündə "İçərişəhər" stansiyasında qurulan xüsusi yarış məkanında hazırlanan prezentasiyalar, süni intellekt əsaslı innovativ həllər və təkliflər mayın 3-də Bakı Metropoliteninin Texnoloji korpusunun akt zalında reallaşan yekun tədbirdə peşəkar mütəxəssislərdən formalaşmış 5 nəfərlik münsiflər heyətinə təqdim edilib. Qızğın müzakirələrdən sonra yekun qiymətləndirilmə aparılaraq qaliblər müəyyənləşdiriliblər.

Münsiflər heyətinin yekdil qərarı ilə 1-ci yerə "Xətai" komandası layiq görülüb. Qalib komandaya təşkilatçılar tərəfindən 5 000 manat pul mükafatı təqdim edilib.

"Gənclik" komandası ikinci, "Sahil" komandası isə üçüncü yeri tutub. Bu komandalara müvafiq olaraq, 3 000 və 1 000 AZN məbləğində mükafat verilib.

Həmçinin, perspektivli gənclərə metro sistemində layihələrini tətbiq etmək və gələcək karyeraları üçün əlavə təcrübə qazanmaq baxımından geniş şərait imkanları təqdim olunub.

Qeyd edək ki, Bakı Metropoliteni hakatona hazırlıq çərçivəsində ölkənin 5 aparıcı ali təhsil müəssisəsində geniş infosessiyalar keçirərək təqdimatlar edib. Ümumilikdə 300-dən çox tələbənin iştirak etdiyi bu görüşlərdə layihənin tam mahiyyəti izah olunub və gənclərin texnoloji həllərə cəlb edilməsi üçün müvafiq məlumatlandırma işləri aparılıb.

İştirakçılar metronun real məlumat bazasından istifadə edərək süni intellekt mühəndisliyindən data analitikasına qədər müxtəlif istiqamətlərdə güclərini sınamaq imkanı əldə ediblər.

Layihənin təşkilində məqsəd süni intellekt (AI) əsaslı texnologiyalar vasitəsilə sərnişin axınının idarə olunması və sıxlığın azaldılması kimi strateji hədəflərə, həmçinin gənclərin innovativ ideyalarını real infrastruktur həllərinə çevirməklə paytaxtın nəqliyyat sistemində rəqəmsal transformasiyaya nail olmağa xidmət edir.

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Все новости