Bakı Limanı tarixində ilk: yüz mininci konteyner qəbul edildi

Bakı Limanı tarixində ilk: yüz mininci konteyner qəbul edildi
18.12.2025 12:05

Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ümumilikdə Azərbaycanın nəqliyyat-logistika sistemi üçün mühüm və əlamətdar hadisə baş verib. İlk dəfə olaraq Bakı Limanı 100 mininci konteynerini qəbul edib.

TodayPress TV xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Eldar Salahov jurnalistlərinə açıqlamasında bildirib ki, bu göstərici ölkə tarixində ilk dəfə qeydə alınır və nəqliyyat-logistika sahəsində mühüm nailiyyət hesab olunur.

Onun sözlərinə görə, 2025-ci il fevralın 25-də ölkə rəhbərliyinin razılığı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının “Azərbaycan Dəmir Yolları” ilə birləşdirilməsi nəqliyyat-logistika sisteminin vahid idarəetməyə keçməsinə, liman əməliyyatlarının dəmir yolu daşımaları ilə inteqrasiyasına və əməliyyat imkanlarının genişləndirilməsinə xidmət edib.

Eldar Salahov qeyd edib ki, bu birləşmənin real nəticələri artıq özünü göstərir və məhz bu gün yüz mininci konteynerin qəbulu bunun bariz nümunəsidir. O, həmçinin Bakı Limanının bütün istiqamətləri üzrə rekord göstəricilərin qeydə alındığını diqqətə çatdırıb.

Direktor əlavə edib ki, cari ilin sonunadək ümumi yükaşırma həcminin 8 milyon ton artacağı gözlənilir və artıq bu göstəriciyə xeyli yaxınlaşmaq mümkündür. Gələcək illərdə isə daha böyük məhsul axını və daha yüksək nəticələrin əldə olunacağı proqnozlaşdırılır.

Qiymət Mahir

TodayPress TV

ФОТО

Bakı Limanı tarixində ilk: yüz mininci konteyner qəbul edildi — 1
ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı 15:55 FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi 15:31 Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır [[– SƏBƏB ]] 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Какая погода будет завтра? — ПРОГНОЗ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Никол Пашинян позвонил Президенту Ильхаму Алиеву 12:36 Министр обороны Пакистана: «Мусульманские страны должны объединиться наподобие НАТО» 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Начался выбор вакансий учителями в соответствии с их фактическим местом проживания 12:06 Пенсии выплачены 11:20 Призыв из Грузии к России: «Положите конец оккупации!» 11:24 Сильное землетрясение в Японии: Число погибших возросло 09:15 КСИР: США потерпели поражение в войне с Ираном 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 В Грузии приспущены государственные флаги 10:39 Холодная волна из Антарктиды обрушилась на Новую Зеландию 10:24 Послание Азербайджану от Пашиняна: «Мир установлен» 10:07 Все новости