Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu

Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu
24.06.2026 14:55

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılış mərasimi keçirilib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş prokuror Kamran Əliyev, həmçinin Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbər heyəti, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, uzun illər prokurorluq orqanlarının fəaliyyət göstərdiyi inzibati bina əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində bina prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin operativliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tam yenilənib. Binada əməkdaşların rahat və funksional fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaş qəbulu bölməsi, akt və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun şəkildə modernləşdirilib.

Qeyd olunub ki, inzibati binada "Elektron Prokurorluq" informasiya sistemi tam şəkildə tətbiq olunub. Sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, fəaliyyətin çevikliyi və şəffaflığı daha da artırılır.

İnzibati bina ilə tanışlıqdan sonra akt zalında iclas keçirilib.

Açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Bakı Hərbi Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümünə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, hərbi prokurorluq orqanları Silahlı Qüvvələrlə sıx qarşılıqlı fəaliyyət şəraitində qanunçuluğun, hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərərək dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verib.

Baş prokuror vurğulayıb ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğu siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə həyata keçirilən islahatlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasına əsaslanaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, prokurorluq orqanlarının maddi-texniki təminatının gücləndirilməsi və rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi hüquq-mühafizə sistemində həyata keçirilən institusional islahatların mühüm istiqamətlərindəndir. İstifadəyə verilən yeni inzibati binanın iş proseslərinin çevikliyinin artırılmasına, vətəndaş müraciətlərinə daha operativ baxılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Kamran Əliyev həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ölkədə müasir və dayanıqlı infrastrukturun formalaşdırılmasına xüsusi təkan verir. O vurğulayıb ki, Bakı Hərbi Prokurorluğunun inzibati binası da müasir idarəetmə tələblərinə uyğun qurulmuş iş mühitinin nümunəsidir. Baş prokuror əməkdaşları yeni şəraitdən səmərəli istifadə etməyə, peşə hazırlığını daim artırmağa, fəaliyyətlərində qanunçuluq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiq qalmağa çağıraraq onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev yaradılmış müasir iş şəraitinin hərbi prokurorluq əməkdaşlarının üzərinə düşən vəzifələri daha yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirmələrinə xidmət edəcəyini bildirib.

TodayPress TV

ФОТО

Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 1
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 2
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 3
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 4
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 5
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 6
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 7
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 8
ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
Dünyanın ən yaşlı prezidenti yoxa çıxdı 23:18 Kanadada sakinlər helikopterlə təxliyə edildilər - DƏHŞƏTLİ MƏNZƏRƏ 23:53 Türkiyə Qara dənizin qapılarını açdı: Tankerlər hərəkətə keçdi 23:22 Azərbaycan müharibə vaxtı İrana necə kömək edib? - “2 saat çəkmədi ki…” 22:36 Trampın qolf klubuna iki təyyarə yaxınlaşdı: F-16-lar təcili müdaxilə etdi - VİDEO 22:48 Trampdan İranla bağlı müəmmalı çıxış: “Səssiz hərəkət edirik” 22:28 İran Hörmüz boğazında qaydaları dəyişdi: Bu gəmilər keçə bilməyəcək 22:24 İranda nə baş verəcəkdi? Pezeşkian ölkəsi ilə bağlı dəhşətli planı açıqladı 21:57 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 21:23 Tramp İranla nüvə sazişi qarşılığında bunu istəyir - Siyasi “alver” 21:05 Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var 20:40 Həkim olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR 20:25 HƏMAS-dan şərt: Atəşkəs üçün bu addımlar atılmalıdır 19:55 Rusiya Suriyadakı hərbi bazalarını itirir - SON DƏQİQƏ 19:37 Neft Terminalındakı yanğınla bağlı TƏBİB HƏRƏKƏTƏ KEÇDİ 19:02 Neft Terminalındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ 16:36 ABŞ PUA-sı Cibutidə yerə çırpıldı - VİDEO 18:49 Gecə şəhəri səsə boğan motosikletçilərə qarşı əməliyyat keçirildi 18:44 Çayda itkin düşən gəncdən xəbər var 18:19 Kür çayında yeniyetmə qız itkin düşdü - Fövqəladə Hallar hərəkətə keçdi 17:54 Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da… 17:22 Müctəba Xameneinin görüntüləri köhnə imiş 17:12 Hövsan susuz qaldı 16:51 Sabah çimərliklərdə hava necə olacaq? 16:02 Все новости