“ABAD” 9-cu ilini qeyd etdi

“ABAD” 9-cu ilini qeyd etdi
23.09.2025 16:57

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının doqquzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını bu münasibətlə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun doqquz illik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. O bildirib ki, ötən il “ABAD”ın fəaliyyəti daha da genişlənib, işğaldan azad edilmiş ərazilərdə təqdimatlar keçirilib, bu bölgələrdən toplanan bal məhsulları brendləşdirilərək satışa çıxarılıb, ABŞ bazarına məhsul ixrac olunub. “Wolt Market” platformasında onlayn satış aktivləşdirilib, həmçinin beş yeni satış məntəqəsində “ABAD” məhsulları təqdim olunub. Bundan əlavə, müxtəlif yeni məhsul çeşidləri istehsal edilərək bazara çıxarılıb.

Pilot layihə olaraq Masallıda 7 ailə ilə fəaliyyətə başlayan “ABAD” 9 illik fəaliyyəti ərzində 677 ailəyə dəstək olaraq öz şəxsi bizneslərini inkişaf etdirməsi üçün xidmət göstərib. Həmin sahibkarlardan 508 nəfər dekorativ-tətbiqi xalq sənətimizi canlandıran və qoruyan istedadlı sənətkarlardır. 144 “ABAD”çı isə keyfiyyətli və təbii qida məhsulları istehsal edir. Bundan əlavə, 25 sahibkar müxtəlif sahələrdə öz bizneslərini uğurla inkişaf etdirir.

Tədbir çərçivəsində xidməti fəaliyyətində fərqlənən əməkdaşlar təşəkkürnamələrlə təltif olunublar.

“ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb və ötən doqquz il ərzində ailə əməyinə əsaslanan mikro, kiçik və orta sahibkarlığın inkişafı, məşğulluğun artırılması və regionlarda sahibkarların biznes fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm işlər görüb.

TodayPress TV

FOTOLAR

“ABAD” 9-cu ilini qeyd etdi — 1
“ABAD” 9-cu ilini qeyd etdi — 2
“ABAD” 9-cu ilini qeyd etdi — 3
“ABAD” 9-cu ilini qeyd etdi — 4
“ABAD” 9-cu ilini qeyd etdi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər