Bakı aeroportu "Formula 1" ilə bağlı sərnişinlərə müraciət etdi

Bakı aeroportu "Formula 1" ilə bağlı sərnişinlərə müraciət etdi
18.09.2025 10:44 Cəmiyyət

Bakıda keçiriləcək "Formula 1 Azərbaycan Qran Prisi 2025" ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib.

TodayPress TV quruma istinadən xəbər verir ki, bu yarışla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat hərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub.

Bununla yanaşı, Azərbaycana gələn beynəlxalq qonaqların sayının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Bu səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və hava limanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağı tövsiyə edir.

Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:

- Hava limanına erkən gəlmək: Təhlükəsizlik və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq üçün uçuşdan ən azı 2 saat əvvəl aeroportda olun.

- Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir.

- Özünü qeydiyyat və baqaj təhvili köşkləri (self check in; baggage drop off) xidmətindən istifadə etmək: Bu xidmətlərdən yararlanmaqla siz qeydiyyat masalarında yaranan uzun növbələrdən yayınaraq prosesi daha sürətli başa vura bilərsiniz.

- Uçuş terminalı məlumatını öncədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron bilet və ya aviaşirkətin rəsmi saytından dəqiqləşdirin.

- "Aeroexpress" xidmətindən istifadə etmək: "28 May" metro stansiyasından hava limanına rahat və tıxacdan kənar çatmaq üçün "Aeroexpress" ictimai nəqliyyatından yararlanın.

- Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız rəsmi parklanma yerlərində saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Qısa müddətli (3 dəqiqə) dayanma üçün xüsusi "drop-off" zonalarından istifadə edin.

- Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.

- Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər: Əlavə dəstəyə ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə müraciət edin.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri Formula 1 dövründə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Sərnişinlər səyahətini öncədən planlaşdırmaqla rahat, təhlükəsiz və maneəsiz gediş-gəlişini təmin edə bilərlər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Bütün Xəbərlər