FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir

FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir
25.06.2025 13:55 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində, o cümlədən attraksionların istismarı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Belə ki, Agentlik yay fəsli ilə əlaqədar insanların kütləvi şəkildə istifadə etdiyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirlərini gücləndirib.

Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelə tövsiyələr verilir. Diqqətə çatdırılır ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

Həyata keçirilən nəzarət-yoxlama tədbirləri zamanı insanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur.

Həmçinin, həyata keçirilən tədbirlər çərçivəsində attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilir.

FOTOLAR

FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir — 1
FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir — 2
FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir — 3
FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir — 4
FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir — 5
FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir — 6
FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir — 7
FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir — 8
FHN yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirir — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər