Bahar Muradova Yelena Zariç Kovaçeviç ilə əməkdaşlıq imkanlarını müzakirə etdi

Bahar Muradova Yelena Zariç Kovaçeviç ilə əməkdaşlıq imkanlarını müzakirə etdi
13.03.2026 02:33

BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində ABŞ-də səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə iki ölkə arasında ailə siyasəti, qadınların hüquqlarının müdafiəsi və demoqrafik inkişaf sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər xüsusilə bu sahələrdə birgə layihələrin həyata keçirilməsinin və əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan və Serbiya arasında mövcud dostluq münasibətlərinin ailə, qadın və demoqrafiya siyasəti sahələrində əməkdaşlığın inkişafı üçün zəmin yaratdığını qeyd edib. Birgə fəaliyyətin daha səmərəli təşkili üçün çevik əlaqə və işçi qruplarının yaradılmasının vacibliyini vurğulayan B. Muradova bildirib ki, bu cür addımlar əməkdaşlığın konkret fəaliyyət müstəvisinə keçməsinə şərait yaradacaq.

Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç Serbiyada demoqrafiya strategiyasının hazırlanması, ailələrin müdafiəsi və gənc ailələrə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. O, bu sahədə Azərbaycanın əldə etdiyi müsbət təcrübənin öyrənilməsinin faydalı olacağını bildirərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, birgə faydalı təşəbbüslərin həyata keçirilməsi və qarşılıqlı səfərlərin təşkili istiqamətində müzakirələrlə davam edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Турецкий военный корабль прибыл в США 19:43 Все новости