Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş

Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş
05.06.2026 09:49

Dubayın hakim ailəsinin üzvü olan Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, Azərbaycanın keçmiş idman gimnast Zeynəb Cavadlı arasında qarşıdurma davam edir.

TodayPress TV modern.az-a istinadən xəbər verir ki, Dubay Prokurorluğu şeyxin şikayəti əsasında Zeynəb Cavadlının saxlanıldığını bildirib.

Şeyx iddia edib ki, keçmiş xanımı məhkəmə tərəfindən təyin olunmuş rəsmi görüş zamanı 3 uşağını qaçırıb. Yaxınlarının sözlərinə görə, iyunun 2-də gecə saatlarından etibarən Zeynəb Cavadlı ilə əlaqə kəsilib və onun harada olması barədə iki günə yaxın heç bir məlumat alınmayıb. O, təhlükəsizlik əməkdaşlarının uşaqlarını əlindən alacağından və həbs olunacağından qorxduğu üçün aylarla evdən çıxmayıb.

Qeyd edək ki, cütlük arasında övladların himayəsi uğrunda uzun müddətdir mübarizə gedir və tərəflər bir-birini qarşılıqlı olaraq uşaq qaçırmaqda ittiham edirlər. Şeyx Səid bin Məktumun vəkilləri məhkəmədə Z.Cavadlının qızlarını məktəbə göndərmədiyini, oteldə uşaqlar üçün uyğun olmayan şəraitdə yaşadığını və kiçik qızının sağlamlığını təhlükəyə atdığını iddia edərək onun qeyri-kafi bir ana olduğunu irəli sürüblər. Bununla yanaşı, Zeynəb Cavadlı ötən il qarşıdurma anlarından birini sosial şəbəkədə canlı yayım etdiyi üçün kiber-cinayətkarlıq ittihamı ilə də həbs oluna bilər. O, həmin vaxt vəkili Devid Heyqə göndərdiyi videoismarışda hərəkətini belə əsaslandırmışdı: “Bilirdim ki, bu, uşaqlarımla olmaq üçün son şansımdır, çünki bir daha onları mənə göstərməyəcəkdilər. Buna ürəkdən inandığım üçün canlı yayım açıb kömək istədim”.

Dubay Prokurorluğu məsələ ilə bağlı araşdırmanın davam etdiyini və uşaqların maraqları qorunmaqla lazımi hüquqi tədbirlərin görüləcəyini bəyan edib. Hüquq müdafiəçisi Devid Heyq isə öz növbəsində BƏƏ rəhbərliyini Zeynəb Cavadlının dərhal vəkilləri, konsulluq və ailəsi ilə görüşünə şərait yaratmağa və onun azadlığa buraxılmasına çağırıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Все новости