Azərbaycanı dünyada biabır edənlər

Azərbaycanı dünyada biabır edənlər
01.06.2026 16:10

Hacıqabul rayonunda baş verən hadisə bizi dünyaya "yaxşı" tanıdıb. Belə ki, Almaniyadan olan Karl və yaponiyalı sevgilisi Lisa ölkəmizə səyahət edərkən yaşlı bir kişinin qeyri-etik davranışı ilə üzləşiblər.

Turistlərin paylaşdığı videoda görünür ki, 66 yaşlı Hacıqabul sakini avtomobili ilə onları saxlayaraq söhbət etməyə çalışıb. Daha sonra isə qadına yaxınlaşaraq onun şəxsi sərhədlərini pozan hərəkətə yol verib. Baş verən xoşagəlməz hadisə imicimizə kölgə salan məsələlərdən biri kimi gündəmə gəlib. 

Nəzərə alsaq ki, Karl və Lisanın izləyici auditoriyası dünyanın müxtəlif ölkələrindən olan insanlardır, belə görüntülər Azərbaycan haqqında mənfi təsəvvür formalaşdıra bilər. Şübhəsiz ki, bir nəfərin məsuliyyətsiz davranışı bütöv bir xalqı xarakterizə etmir. Lakin qadına qarşı bu cür hörmətsizlik utancvericidir.

Cütlüyün sosial media hesablarına nəzər saldıqda isə tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Onlar bir neçə gün əvvəl müxtəlif azərbaycanlı ailələrin qonağı olduqlarını, insanların qonaqpərvərliyi, mehribanlığı və səmimiyyətindən böyük məmnunluq duyduqlarını bildiriblər. Məhz buna görə də səfərlərinin son günlərində yaşanan bu hadisə onlarda məyusluq yaradıb. Bu fakt bir daha göstərir ki, ayrı-ayrı şəxslərin davranışı ölkə haqqında formalaşan ümumi təəssürata ciddi təsir göstərə bilir.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti baş verənləri “utancverici” adlandıraraq, belə halların Azərbaycanın turizm ölkəsi kimi nüfuzuna zərər vurduğunu qeyd edib. Bəzi şərhlərdə turistlərin də ehtiyatlı davranmalı olduğu vurğulansa da, ümumi fikir qadına qarşı hörmətsizliyin qəbuledilməz olması ətrafında formalaşıb. Xüsusilə qadın istifadəçilər arasında “Bu, təkcə turistlərin qarşılaşdığı problem deyil, gündəlik həyatda da rast gəldiyimiz hallardandır” fikirləri səsləndirilib.

Lisa da yaşadığı xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Azərbaycan səfəri ona çoxlu xoş xatirələr bəxş etsə də, həmin hadisə bu təəssüratlara kölgə salıb. O qeyd edib ki, hadisədən sonra özünü daha narahat hiss etməyə başlayıb.

Turistin sözlərinə görə, artıq tanımadığı insanların onunla şəkil çəkdirmək istəyi, kişilərin əl sıxmaq təşəbbüsü və ya kiminsə həddindən artıq yaxın məsafədə dayanması belə onda narahatlıq yaradır.

Sözsüz ki, ölkədə və ölkə xaricində belə hadisələr həmişə yaşanır. Bu gün azərbaycanlı turistlər, xaricdə təhsil alan tələbələrimiz və ya xaricdə yaşayan həmvətənlərimiz də dünyanın müxtəlif şəhərlərində fərqli dərəcəli qeyri-etik davranışlarla üzləşirlər. İnsan amili olan hər yerdə belə mənfi istisnalar qaçılmazdır.

Xatırladaq ki, 2014-cü ildə Sabirabad şəhərində texnologiya müəllimi işləyən  Əhliman Hüseynov çaya yıxılan 3-cü sinif şagirdi Güldəstə Hüseynovanı xilas etmək üçün tərəddüd etmədən suya atılıb, uşağı sağ-salamat sahilə çıxarıb. Lakin özü boğularaq həyatını itirib. Bu nümunə Azərbaycanda olsa da, dünyada da canlarını heçə sayan nümayəndələrimiz var.

Ancaq biz ölkəmizdə belə hallara yol verməməli, pisləməliyik. Xoşdur ki, elə belə də oldu. Karl və Lisanın başına gələnlərdə Azərbaycan cəmiyyəti bu davranışı ört-basdır etmədi, əksinə, kəskin şəkildə pisləyərək turistlərin tərəfində durdu.

Qeyd edək ki, hadisədən dərhal sonra Karl və Lisa hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis əməkdaşları mayın 27-də hadisə yerində araşdırma aparıb və təqsirli bilinən şəxs barəsində inzibati protokol tərtib olunub.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 Все новости