Azərbaycanda qardaş-bacı evliliyi riski artır - Anonim mayalanma...

Azərbaycanda qardaş-bacı evliliyi riski artır - Anonim mayalanma...
17.04.2026 16:47

Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı yeni qanun qəbul olunsa da, anonim süni mayalanma məsələsi ciddi müzakirələr doğurur. Məsələnin ən həssas tərəfi isə uşağın öz bioloji valideynini tanımaq hüququnun məhdudlaşmasıdır.

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, həm əvvəlki, həm də yeni qanunvericilikdə uşağın valideynini tanımaq hüququ açıq şəkildə yazılıb. 


Onun sözlərinə görə, bu hüquq BMT-nin Uşaq Hüquqları Konvensiyasından irəli gəlir və Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələri bu konvensiyaya qoşulub:

“Əksər ölkələr Avropa dövlətləri, Türkiyə və Rusiya daxil anonim süni mayalanmanı qadağan edib. Çünki bu, uşağın ən fundamental hüququnu pozur. Nəticədə uşaq heç vaxt öz bioloji valideyninin kim olduğunu bilməyəcək. Heç bir sənəddə qeyd olunmayacaq".

Ekspert övladlığa götürmə ilə süni mayalanma arasındakı fərqi də aydınlaşdırıb: 

"Övladlığa götürmədə bioloji valideynlər haqqında məlumat sənədlərdə saxlanılır. Anonim süni mayalanmada isə heç vaxt, heç yerdə qeyd olunmur. Bu, uşağın hüququnun açıq və kobud şəkildə pozulmasıdır. Ötən ilin 1 iyulundan etibarən Azərbaycan Ailə Məcəlləsinə dəyişikliklə əmiuşağı, bibiuşağı, xalauşağı və dayıuşaqları arasında evlilik qadağan olunub. Bu qadağa genetik risklərlə əsaslandırılır". 

Hüquşünas xatırladıb ki, min illərdir belə evliliklər olub və nəsillər kəsilməyib:

"Əmiuşağı evliliyini qadağan edirik, amma anonim süni mayalanma nəticəsində hətta qardaş-bacı evliliyinə şərait yaranır. Sabah necə müəyyənləşdirəcəyik ki, evlənənlər qohumdurlar? Bu, daha böyük problemdir".

Mütəxəssis vurğulayıb ki, anonim süni mayalanma nə Azərbaycanın milli mentalitetinə, nə də qanunvericiliyin ruhuna uyğun gəlir: 

"Bu, biabırçılıqdır. Tibb klinikaları bunu hələ də təklif edir. Halbuki qanunsuz olsa belə, bu praktika davam edir və uşaqların hüquqlarını ağır şəkildə pozur. Qanunvericilikdə uşaq hüquqlarını qorumaq iddiası ilə yanaşı, anonim süni mayalanmanın qalması ciddi ziddiyyət yaradır. Bu məsələnin yenidən müzakirəyə çıxarılması və beynəlxalq təcrübəyə uyğun qadağa qoyulması təklif olunur".

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun qüvvəyə minib. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının müvaqviq bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Все новости