Azərbaycan iqtisadiyyatı investisiyaları necə cəlb edir və istifadə edir: Eldəniz Əmirovun kitabı təqdim edildi

Azərbaycan iqtisadiyyatı investisiyaları necə cəlb edir və istifadə edir: Eldəniz Əmirovun kitabı təqdim edildi
17.04.2026 10:38

Tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabının Azərbaycan Dövlət İqtisad Universitetində təqdimat mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə İqtisad Universitetinin rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət və media təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edənlər kitabda təqdim olunan “investisiya absorbsiyası” yanaşmasının əhəmiyyətini xüsusi vurğulamış, Azərbaycanın iqtisadiyyatında hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır olduğu, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyətinin sistemli şəkildə təhlil edildiyini qeyd ediblər. Bildirilmişdir ki, əsər ümumi xarakterli nəzəri yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik istiqamətləndirici mənbə kimi hazırlanıb. 

Natiqlə vurğulanmışdır ki, kitab investorlara müxtəlif sektorlar üzrə investisiya imkanlarını, mövcud dövlət dəstəyi mexanizmlərini və bu imkanlardan istifadə yollarını aydın şəkildə müəyyən etməyə, eləcə də sərmayə qoyuluşlarının perspektiv geri dönüşünü qiymətləndirməyə imkan verir.

Qeyd olunmuşdur ki, sənaye, aqrar sektor, turizm, logistika, informasiya texnologiyaları, enerji sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması investorun qərarvermə prosesini asanlaşdırır. 

Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin “Güzəştlər Vadisi” modeli ilə təqdim edilməsi xüsusi vurğulanıb.

Bildirilib ki, kitabda makroiqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşma təqdim olunur və bu baxımdan əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.

TodayPress TV

ФОТО

Azərbaycan iqtisadiyyatı investisiyaları necə cəlb edir və istifadə edir: Eldəniz Əmirovun kitabı təqdim edildi — 1
Azərbaycan iqtisadiyyatı investisiyaları necə cəlb edir və istifadə edir: Eldəniz Əmirovun kitabı təqdim edildi — 2
Azərbaycan iqtisadiyyatı investisiyaları necə cəlb edir və istifadə edir: Eldəniz Əmirovun kitabı təqdim edildi — 3
Azərbaycan iqtisadiyyatı investisiyaları necə cəlb edir və istifadə edir: Eldəniz Əmirovun kitabı təqdim edildi — 4
Azərbaycan iqtisadiyyatı investisiyaları necə cəlb edir və istifadə edir: Eldəniz Əmirovun kitabı təqdim edildi — 5
Azərbaycan iqtisadiyyatı investisiyaları necə cəlb edir və istifadə edir: Eldəniz Əmirovun kitabı təqdim edildi — 6
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Все новости