“ASAN xidmət” işçilərinin peşə bayramıdır

“ASAN xidmət” işçilərinin peşə bayramıdır
29.12.2025 12:05

Azərbaycanda ilk “ASAN xidmət” mərkəzi 2012-ci il dekabrın 29-da fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin 2017-ci il dekabrın 29-da imzaladığı Sərəncamla dekabrın 29-u ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

TodayPress TV xəbər verir ki, “ASAN xidmət” mərkəzlərinin yaradılması dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsidir.

“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Prezidentin müvafiq Fərmanına əsasən yaradılıb.

Həmin mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.

“ASAN xidmət” Azərbaycan vətəndaşı üçün yalnız xidmət aldığı bir məkan kimi qiymətləndirilə bilər. Lakin ASAN 4 ciddi istiqaməti əhatə edən unikal konsepsiyadır. Bunlar aşağıdakılardır:

- Korrupsiyaya qarşı Prezident İlham Əliyevin institusional islahatıdır;

- Vətəndaş hüquqlarının realizə edilmə konsepsiyasıdır;

- BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verən beynəlxalq səviyyədə tanınan platformadır;

- Rəqəmsal transformasiyanın əsas komponentidir.

28 "ASAN xidmət" mərkəzində 400-ə yaxın xidmət göstərilir


Hazırda ölkəmizdə 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.

“ASAN Kommunal” mərkəzlərində isə 55 növ xidmət göstərilir.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 140 mindən çox vətəndaşın 93 milyondan çox müraciəti daxil olub.

Rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,9 faiz təşkil edir.

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən vətəndaşlara səyyar formada 3 milyondan çox xidmət göstərilib.

Ölkədə könüllülük hərəkatı "ASAN xidmət"dən başlayıb


Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Həmin prosesə 44 mindən çox könüllü gənc qoşulub.

Bu günə kimi könüllülər tərəfindən 6 min 500-dən çox təlim, 850-dən artıq yerli və beynəlxalq layihə keçirilib, 3 min 400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

“ASAN xidmət” təcrübəsi 4 qitədə öyrənilir

Milli brendimiz olan ASAN intellektual məhsul kimi həm də ixrac olunur.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. Bu çərçivədə Rumıniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, İndoneziya, Pakistan, Kolumbiya, Mərakeş, Özbəkistan, Uqanda, Qırğız Respublikası, Efiopiya, Seneqal, Somali, Ruanda və digər ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də ICESCO və İslam İnkişaf Bankı (IsDB) ilə ASAN modelinin ixracı ilə bağlı imzalanmış sazişləri qeyd etmək olar.

Ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq. Hazırda 5 ölkədə - Uqanda, Özbəkistan, İndoneziya, Əfqanıstan və Efiopiyada “ASAN xidmət” modeli əsasında mərkəzlər fəaliyyət göstərir. Yaxın aylar ərzində Pakistanda “ASAN xidmət” adında ilk pilot mərkəzin fəaliyyətə başlaması planlaşdırılır.

“ASAN xidmət” süni intellekti tətbiq edən ilk dövlət təşkilatlarından biridir

“ASAN xidmət” bu illər ərzində ölkə rəhbərliyinin dəstəyi ilə ən yeni texnologiya və innovasiyaların dövlət xidmətləri ilə idarəetməsi sahəsində tətbiqinə dair araşdırmalar aparıb və real rejimdə tətbiq edib. Son illər dataların toplanması, idarə edilməsi və bunlarla bağlı qərarların qəbul olunmasında süni intellektin tətbiqi qlobal dünyada aktual mövzudur. “ASAN xidmət” bu sahədə süni intellekti tətbiq edən ilk dövlət təşkilatlarından biridir.

2014-cü ildə “ASAN xidmət”də süni intellekt həllərinin tətbiqi ilə bağlı 2024-2026-cı illər strategiyası qəbul olunub. Bu gün süni intellekt artıq “ASAN xidmət”in fəaliyyətinin müxtəlif istiqamətlərində tətbiq olunur və onun uğurlu nəticələri göz önündədir.

Bu il “ASAN xidmət”in publik data portalı və süni intellekt həlləri təqdim olunub. Portalın məqsədi agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətində vətəndaş iştirakçılığının təşviqi, eləcə də bu çərçivədə hesabatlılığın təminidir. Portal “ASAN xidmət”in müxtəlif istiqamətlərdə, o cümlədən beynəlxalq sferadakı fəaliyyəti, Dövlət Xidmətlərinin Elektron Reyestri, “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN müraciət” sistemləri, “YAŞAT” Fondu ilə bağlı məlumatları əhatə edir. Tədqiqatçılar və biznes iştirakçıları təqdim olunan datalardan istifadə etməklə fərqli çağırışlara yönəlik yeni innovativ həllər irəli sürə bilərlər.

Bu il, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib. Platforma dövlət xidmətləri sektorunu, biznes subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini birləşdirir və süni intellektəsaslı həllərin hazırlanmasında körpü rolunu oynayır. Platformanın əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları, özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq. Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr, akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər.

Dövlət xidmətləri sahəsində müasir texnologiyaların, innovasiyaların tətbiqini həyata keçirən bir qurum olan “ASAN xidmət” süni intellekt həlləri vasitəsilə vətəndaş məmnunluğunun daim 100 faizə yaxın olmasını hədəfləyir.

ФОТО

“ASAN xidmət” işçilərinin peşə bayramıdır — 1
“ASAN xidmət” işçilərinin peşə bayramıdır — 2
“ASAN xidmət” işçilərinin peşə bayramıdır — 3
“ASAN xidmət” işçilərinin peşə bayramıdır — 4
“ASAN xidmət” işçilərinin peşə bayramıdır — 5
“ASAN xidmət” işçilərinin peşə bayramıdır — 6
“ASAN xidmət” işçilərinin peşə bayramıdır — 7
ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
İran bəzəkli sözlər deyir, Amerika isə bombalamağa davam edir 18:47 Zelenski Putinlə görüşməyə HAZIRDIR? - Podolyak elan etdi 18:40 Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Прояснилась дальнейшая судьба сотрудников Бакинского университета для девушек 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Подарок Зеленского, Пашиняна и Токаева женщине-лидеру вызвал интерес 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Талибан поделится своим опытом с Молдовой 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 Иран отказывается от хуситов? — Шокирующее заявление из Тегерана 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Козырь Анкары на море: тихая, но смертоносная сила 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Все новости