AQTA: Elektron siqaretlərin istifadəsi 46 ölkədə qadağan edilib

AQTA: Elektron siqaretlərin istifadəsi 46 ölkədə qadağan edilib
16.12.2025 16:28

"Elektron siqaretlərin istifadəsi 46 ölkədə qadağan edilib, 83 ölkə satışını tənzimləməklə, 42 ölkə isə tərkibindəki nikotini tənzimləməklə məhdudlaşdırıb".

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, son 6 ay ərzində elektron siqaretlərin istifadəsini qadağan edən ölkələrin sayı 35-dən 46-a yüksəlib: “Çox narahatedici məqamlardan biri də odur ki, bu ilin məlumatına əsasən, dünyada 100 milyondan artıq insan elektron siqaret istifadə edir və onlardan 15 milyonu 14-18 yaş arası yeniyetmələrdir. Burada ən çox digər narahatedici məqam odur ki, böyüklərə nisbətdə elektron siqaret yeniyetmələr arasında 9 dəfə çox istifadə olunur”, - Validə Sadıxova qeyd edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Все новости