Jurnalistlər Qubada müharibə veteranları üçün qurulmuş təsərrüfatlarla tanış oldular

Jurnalistlər Qubada müharibə veteranları üçün qurulmuş təsərrüfatlarla tanış oldular
25.06.2025 19:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 26 İyun-Silahlı Qüvvələr Günü ərəfəsində media nümayəndələrinin müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlarla tanışlığı məqsədilə növbəti mediatur təşkil edib.

TodayPress TV xəbər verir ki, jurnalistlər bu dəfə proqramın dəstəyi ilə Quba rayonunda müharibə veteranları üçün qurulmuş kiçik təsərrüfatlarla tanış olublar.

Onlara tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvlərinin, müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə qeyd edilən kateqoriyalara aid 27 min şəxsin məşğulluğuna dəstək işləri aparılıb. Onlardan 12,7 mindən çoxu üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb, 1,1 mini peşə hazırlığına cəlb edilib, digərləri işlə təmin olunub.

Media nümayəndələri əvvəlcə Vətən müharibəsi veteranı Elməddin Əlişanovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində avtotəmizləmə zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub.

Daha sonra jurnalistlər müharibə veteranı Şahin Kərimov üçün yaradılmış kiçik təsərrüfatla tanış olublar. Ş.Kərimov özünüməşğulluq proqramı üzrə avtoçilingər zərfi üzrə avadanlıqlarla təmin olunub. Jurnalisitlər proqram çərçivəsində kişi bərbərxanası zərfi üzrə avadanlıqlarla təmin olunan Murad Sultanovun da xidmət sahəsində olublar.

Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

FOTOLAR

Jurnalistlər Qubada müharibə veteranları üçün qurulmuş təsərrüfatlarla tanış oldular — 1
Jurnalistlər Qubada müharibə veteranları üçün qurulmuş təsərrüfatlarla tanış oldular — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər