Ağsu dolaylarında hərəkət bərpa edildi

Ağsu dolaylarında hərəkət bərpa edildi
04.01.2026 21:15

Ağsu aşırımında nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

TodayPress TV  xəbər verir ki, bu gün Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində buzlaşma səbəbindən bağlanan yol yenidən nəqliyyat vasitələrinin istifadəsinə açılıb. Hazırda hər iki zolaq üzrə hərəkət təmin olunub, sürücülər paytaxta və əks istiqamətlərə doğru maneəsiz hərəkət edə bilirlər.

Bununla belə, gecə saatlarında havanın temperaturunun aşağı düşməsi nəticəsində yolun sərt enişli-yoxuşlu və döngəli hissələrində yenidən buzlaşma ehtimalının yüksək olduğu bildirilir. Bu səbəbdən sürücülərə həmin saatlarda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Xatırladaq ki, günorta saatlarında Ağsu aşırımında yolun bir nöqtəsində hərəkət hissəsinin hər iki zolağı buz bağladığından nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam dayanmışdı. Dərhal əraziyə yol polisi əməkdaşları və digər aidiyyəti qurumların texnikası cəlb edilib.

Buzlaşmanın aradan qaldırılması məqsədilə yolun təhlükəli hissələrinə qum-duz qarışığı səpilib. Görülən tədbirlərdən sonra buz qatı tədricən əriməyə başlayıb və nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə bərpa olunub.

Hadisə zamanı bəzi avtomobillərin yoldan çıxmasına baxmayaraq, xoşbəxtlikdən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Polis əməkdaşları hazırda da ərazidə xidmət apararaq hərəkətin təhlükəsizliyini təmin edirlər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Все новости