"Zülfi Hacıyev" kran gəmisinin əsaslı təmiri başa çatdı

"Zülfi Hacıyev" kran gəmisinin əsaslı təmiri başa çatdı
17.09.2025 11:34

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zülfi Hacıyev" kran gəmisinin əsaslı təmiri yekunlaşıb.

TodayPress TV səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, təmir prosesi "Bibiheybət" Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Məlumata əsasən, təmir müddətində 100 ton yükqaldırma qabiliyyətinə malik kranın bütün istiqamətləndirici halqaları çıxarılıb və əsaslı təmir edilərək yerlərinə quraşdırılıb. Həmçinin gəmi üzrə braşpil və şpil qurğuları, nasoslar, boru sistemləri, sanitar qovşaqlar və elektrik mühərriklərinin cari təmir işləri aparılıb.

Təmir çərçivəsində "Zülfi Hacıyev" gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, lövbər zəncirləri, protektor qurğuları sazlanıb, gəmi üzrə rəngləmə işləri görülüb.

Gəmidə 1 dəst "X-Band" tipli radar və 2 dəst "VHF" tipli yeni stasionar radiostansiyalar quraşdırılıb. Kran gəmisinin komanda yayım qurğusunun əsaslı təmir-bərpa işləri aparılıb.

İşlər başa çatdıqdan sonra "Zülfi Hacıyev"in kran qurğusunun sınağı aparılıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

"Zülfi Hacıyev" gəmisinin uzunluğu 98,55, eni 17 metrdir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər