18 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA

18 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA
21.01.2026 10:46

Azərbaycan ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, Lerikdə qarın hündürlüyü 116 sm-ə çatıb.

TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 10:00-a olan məlumatına əsasən ölkənin əksər yerlərində sulu qar, qar yağır.

Yağan qarın hündürlüyü Lerikdə 116, Astaranın dağlıq ərazilərində 70, Yardımlıda 49, Əlibəy (Zaqatala) və Kəlbəcərdə 42, Şahbuzda 32, Sarıbaşda (Qax) 28, Şuşada 27, Kişçayda (Şəki) 24, Xızıda 22, Xankəndi və Qrızda 20, Xaltanda 18, Cəlilabadda 16, Laçın və Qubadlıda 15, Lazada (Qusar) 15, Şamaxı və Şirvanda 13, İvanovka (İsmayıllı) və Xınalıqda 12, Xocalı, Qobustan və Şərurda 10, Şahdağ və Biləsuvarda 9, Quba və Gədəbəydə 8, Füzuli və Oğuzda 7, İmişli və Naxçıvanda 6, Daşkəsən, Qəbələ və Sədərəkdə 5, Tərtər, Ağdam və Göyçayda 3, Ceyrançöldə 2, Ordubad, Ağsu, Bərdə və Naftalanda 1 sm-dir.

Düşən yağıntının miqdarı Beyləqan və Lənkəranda 24, Bakıda və Abşeron yarımadasında 15, Sabirabadda 13, Astarada 12, Kürdəmirdə 9, Tovuz, Zərdab və Mingəçevirdə 6, Balakən və Yevlaxda 5, Gəncə və Şəmkirdə 4, Ağstafa və Neftçalada 3, Şabranda 2, Göygöldə 1 mm-dir.

Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 2, Naxçıvan MR-da 15, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində yanvarın 21-i gündüzdən hava şəraitinin mülayimləşəcəyi, 22-25-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 августа 2026
Tramp benzinin bahalaşmasına görə amerikalılardan üzr istəmədi: "Düzgün iş görmüşəm" 01:28 Etna vulkanı püskürür, turistlər isə tamaşaya gəlir 01:41 Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı 00:42 Çiro İmmobile futbola vida etdi! 01:35 ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi 00:31 Bolqarıstanın F-16 arzusu 2030-a qaldı! 01:04 Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Все новости