17 yaşlı qızın soyumamış bədəni sosial şəbəkədə qaldı: “Əxlaq polisləri” hücuma keçdi

17 yaşlı qızın soyumamış bədəni sosial şəbəkədə qaldı: “Əxlaq polisləri” hücuma keçdi
18.06.2026 16:02

Dünən Bakı-Quba yolunda 17 yaşlı bir qız həyatını itirdi, cəmiyyətimiz bəzi insanları da vicdanını. 

Zəhra Mehdiyeva. Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı. Ortada gənc bir qızın meyiti var, bir də yolda nasazlıq səbəbindən dayanmış avtomobil. İstintaq gedir, ekspertizalar keçiriləcək. Kimin nə qədər hüquqi məsuliyyət daşıdığını, sürücünün təhlükəsizlik tədbirləri görməyə vaxtının olub-olmadığını qanun özü müəyyən edəcək. Biz hakim deyilik. Kimisə ittiham etmək bizim işimiz deyil.

Qəzadan dərhal sonra sosial şəbəkələrdə elə bir rəzalət başladı ki, açığı, bunu hansı sözlə ifadə edəcəyimi bilmirəm. Rəyləri oxuyursan, adam utanır ki, mən kimlərlə eyni cəmiyyətdə yaşayıram?

"17 yaşında qızın motosikletdə nə işi var?", "Valideyni hara baxırdı?", "Yaxşı olub..." "Bunu hüquqşünas atası görmürdü nə oyunlardan çıxır?", "Özlərini elit təbəqə sayıb açıq-saçıq gəzirlər", "Bu nə pozalar idi...", "Bir böyük yox idi buna yol göstərsin?"

Nə vaxtdan bəri bir atanın, bir ananın övlad dağını sükutla bölüşmək, bir "Allah rəhmət eləsin" demək bu qədər çətin oldu? Sanki fürsət gözləyirmiş hər kəs oldu hakim, vəkil, hamı kəsdi-biçdi, hökmünü verdi, kinini qusdu. Klaviatura arxasında gizlənən o "əxlaq polisləri" peyda oldu, məsələ qəzadan keçdi qızın fotolarına, videolarına, geyimlərinə. Sizdə bu qədər kin-küdurət hardandır, axı?

Qanun var, qayda var. 17 yaşlı birinin sürücülük hüququ olmadan, vəsiqəsiz o sükanın arxasına əyləşməsi çox böyük və təhlükəli bir səhv idi. Bunu heç kim danmır, danıla da bilməz. Amma hansı qanun, hansı adət-ənənə bizə bir yeniyetmənin qurban getdiyi gənclik həvəsinin, ölümünün üzərindən əxlaq dərsi keçmək haqqı verir?  O vəsiqəsiz idi, yaxşı. Bəs biz kimik ki, onun meyiti üzərində qisas linç kampaniyası qururuq? Söz, ifadə azadlığını önə çəkəcəksiniz? Meyit üzərindən? 

Hələ parlaq mediamız... Bəzi saytlar, səhifələr üç-beş İP, iki yüz-üç yüz artıq layk xatirinə qızın arxiv videolarını, fotolarını tapıb manşetə qoydular. Niyə? Çünki o “redaktor”lar çox yaxşı bilirlər ki, insanlar hansı görüntüyə hücum edəcək, harada aqressiya qusacaq. Baxış sayı gəlsin, pul qazanaq, gerisi cəhənnəmə... 

Görün, ata nə deyir:

"Qızım aktrisa, model olmağa çalışırdı... Nə videolar çəkibsə, yaxşı eləyib. Kaş yaşayardı, çəkməyə davam edərdi, daha çox çəkərdi..."

Namus-əxlaq pərdəsi altında gizlənib içinin irinini tökən kütlə... Həyatda səhv etməmisinizmi? Etməyəcəksinizmi? Ya da sizə kim zəmanət verib ki, qəza qapınızı döyməyəcək? Yoxdurmu sizin əziziniz, övladınız, ananız, bacınız, qardaşınız? Danışanda onlar gözünüzün önünə gəlmirmi?

Yenə içimizdəki insanlığı, vicdanı basdırdıq. 

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Все новости