11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə başçəkmə həyata keçirildi

11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə başçəkmə həyata keçirildi
25.11.2025 17:34

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə başçəkmə həyata keçirilib.

TodayPress TV xəbər verir ki, başçəkmənin keçirilməsində məqsəd müəssisədə saxlanılan uşaqlarla rəftar və onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və hüquqi tələblərə uyğunluq vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisədə həkim ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi müəyyən edilib. Bununla yanaşı, uşaqlar tərəfindən istifadə olunan məişət əşyalarının yararlılıq vəziyyətinin qənaətbəxş olmadığı və tələblərə cavab vermədiyi müşahidə olunub, onların yenilənməsi istiqamətində tədbirlərin görülməsi tövsiyə edilib.

Eyni zamanda, müəssisə sakinləri ilə fərdi qaydada söhbətlər aparılıb, onların mövcud şərait və göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı fikirləri öyrənilib.

Başçəkmə çərçivəsində uşaqlar üçün maarifləndirici görüş təşkil olunub, onlara hüquq və vəzifələri, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın tələbləri, hüquq pozuntularının mahiyyəti və bu pozuntuların yaratdığı hüquqi nəticələr ətraflı izah edilib, həmçinin Ombudsmanın səlahiyyətləri və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib, müəssisəyə Müvəkkilin təşəbbüsü ilə hazırlanmış hüquqi maarifləndirici nəşrlər təqdim edilib.

Başçəkmənin yekununda müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib və hüquqi maarifləndirici söhbət aparılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Все новости