Kartla ödənişlərdə niyə problemlər yaranır?

Kartla ödənişlərdə niyə problemlər yaranır?
08.01.2026 14:19

"Kartla ödənişlə bağlı çətinliklər təkcə taksi sahəsində deyil, bəzi mağaza və xidmət obyektlərində də müşahidə olunur".

Nəqliyyat eksperti Adil Nəbiyev bu fikirləri TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, bir sıra hallarda müştərilərdən kartla ödəniş əvəzinə kartdan-karta köçürmə tələb olunur ki, bu da faktiki olaraq şəffaflığın azalmasına və vergidən yayınmaya şərait yaradır:

"Bu vəziyyətə görə bütün məsuliyyəti taksi sürücülərinin üzərinə atmaq düzgün deyil. Əsas problem taksi şirkətlərinin öz öhdəliklərini tam yerinə yetirməməsidir. Taksilərdə terminal yoxdursa, sürücü necə qəbz versin? Terminal qoyulmalı, sistem tam dəyişməlidir ki, sürücü ziyana düşməsin".

Ekspert bildirib ki, sürücülərin kart ödənişindən yayınmasının səbəblərindən biri bank komissiyalarıdır. Kartla ödəniş zamanı müəyyən faiz tutulur, üstəlik nağdsız ödənişdə sərnişinlər əksər hallarda əlavə ödəniş “çay pulu” vermirlər:

"Bu isə sürücülər üçün maddi baxımdan sərfəli olmur. Nağd ödənişdə isə xırda məbləğlərin qalması və əlavə qazanc ehtimalı daha yüksəkdir. Oxşar problemlər bəzi yanacaqdoldurma məntəqələrində də yaşanır. Ödəniş zamanı müştərilərə hansı üsulla və hansı kartla ödəmə ediləcəyi ilə bağlı verilən suallar xoşagəlməz vəziyyət yaradır və bu praktika beynəlxalq təcrübəyə uyğun deyil".

Adil Nəbiyev hesab edir ki, dünyada nağdsız ödəniş artıq standart hal alıb, lakin Azərbaycanda bu sahədə hələ də ciddi boşluqlar mövcuddur. Bununla belə, o, gələcəkdə nağd ödənişin tədricən sıradan çıxacağına ümid etdiyini vurğulayıb. 

"Böyük ticarət mərkəzləri, "mall"lar və müasir satış yerlərində nağdsız ödəniş problemsiz tətbiq olunur, lakin bəzi sahələr bu keçidi bilərəkdən gecikdirir. Texniki və inzibati imkanlar mövcud olduğu halda, nağdsız ödənişə tam keçid mümkündür və əsas məsələ bu prosesin sürətləndirilməsidir", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, taksilərdə kartla ödəniş etmək istəyən sərnişinlər əksər hallarda sürücülərin imtinası ilə qarşılaşır və ödəniş yalnız nağd formada qəbul olunur. Bununla yanaşı, aparılan ödənişlər üzrə kassa çeki təqdim edilmir ki, bu da şəffaflıq baxımından ciddi suallar yaradır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Bütün Xəbərlər