MEDİA Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya barədə AÇIQLAMA YAYDI

MEDİA Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya barədə AÇIQLAMA YAYDI
27.01.2026 16:28

Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi hədəf alan dezinformasiya ilə bağlı açıqlama yayıb.

Bu barədə TodayPress TV-yə MEDİA-dan məlumat verilib.

Bildirilib ki, bir sıra xarici onlayn xəbər kanallarında və sosial media seqmentlərində Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatların yayılması halları müşahidə olunur:

"Aparılmış ilkin araşdırmalar nəticəsində bu dezinformasiya kampaniyasının internetin rusdilli seqmentində “Tsargrad.tv” resursundan qaynaqlandığı aşkar edilmişdir.

Ölkəmizə qarşı yönəlmiş, saxta və manipulyativ məzmunlarla ictimai rəyi çaşdırmağa çalışan, Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağa xidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildə qınayır və qəbuledilməz olduğunu vurğulayırıq. Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin media subyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə və informasiya mühitinin qorunması istiqamətində məsuliyyətli davranmağa çağırırıq.

Eyni zamanda, hər iki ölkənin ictimaiyyətini saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə dəvət edirik.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu kimi halların qarşısının alınması və vahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir".

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Турецкий военный корабль прибыл в США 19:43 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Оман и Иран подтвердили приверженность свободному судоходству в Ормузском проливе 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 «Второй этап будет сложнее», — предупредил глава МИД Китая 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 Все новости