İlqar Həsənov beynəlxalq müşavirədə iştirak etdi

İlqar Həsənov beynəlxalq müşavirədə iştirak etdi
16.12.2025 14:15

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri İlqar Həsənov Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 68-ci müşavirəsində iştirak edib.

TodayPress TV xəbər verir ki, hibrid formatda keçirilən müşavirəyə həmçinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri, eləcə də MDB ölkələrinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının, MDB-nin İcraiyyə Komitəsinin və Dövlətlərarası Şuranın Standartlar Bürosunun təmsilçiləri qatılıblar.

MDB-nin İcraiyyə Komitəsi tərəfindən təşkil olunan müşavirənin məqsədi standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətlərin aparılması haqqında Sazişin iştirakçısı olan dövlətlərin nümayəndələri ilə sözügedən istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, aktual məsələlərin müzakirəsi və birgə qərarların qəbul edilməsindən ibarətdir.

Müşavirə zamanı Şuranın fəaliyyətinin müxtəlif sahələri ilə bağlı bir sıra vacib məsələlərə baxılıb. “MГС: 2030” strategiyasının Tədbirlər Planına daxil edilən mexanizmlərin icrası müzakirə edilib. Şuranın beynəlxalq əməkdaşlığı, Dövlətlərarası Standartlaşdırma Proqramı və standartlaşdırma üzrə yeni beynəxalq texniki komitələrin yaradılması ətrafında fikir mübadiləsi aparılıb. 

Həmçinin 2026-cı il üzrə laboratoriyaların səriştəliyinin yoxlanmasına dair dövlətlərarası proqramın qəbulu və icrası, ölçmələrin vəhdətinin təmin edilməsi istiqamətində əsas normativ sənədlərin hazırlanması, Şura çərçivəsində “Ən yaxşı gənc metroloq” və “MDB-nin ən yaxşı standartlaşdırma eksperti” müsabiqələrinin təşkili və digər aktual məsələlərə nəzər salınıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Все новости