Fazil Mustafadan Sərdar Cəlaloğluna sərt cavab: "İrançı şəbəkənin ruporlarına çevrilib"

Fazil Mustafadan Sərdar Cəlaloğluna sərt cavab: "İrançı şəbəkənin ruporlarına çevrilib"
08.07.2026 11:33

"Siyasi mühitimizdə böhtançı kimliyi ilə tanınan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə dəfələrlə sərt qarşıdurmalarımız olub. Uzun illər öncəyə dayanan normal insani münasibətləri nəzərə alaraq bir çox hallarda atdığı böhtanlara əhəmiyyət verməsəm də, İrançı şəbəkənin ruporlarından birinə çevrildiyi məqamlarda onun görüşlərinə qarşı dəfələrlə sərt açıqlamalarla çıxış etmişəm".

TodayPress TV xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, özünə qarşı məzhəb faşistlərinin törətdiyi terror hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesində terrorçular müdafiə üçün əsas arqumentlərdən biri kimi Sərdar Cəlaloğlunun fikirlərinə baş vururdular:

"Bu barədə “Cəhalət gülləsi, aydınlıq çiləsi” adlı kitabımda da ətraflı bəhs etmişəm. Bu gün isə Milli Məclisinin sədri Sahibə xanım Qafarova haqqında Sərdar Cəlaloğlunun bir ay öncə verdiyi video-müsahibədə və bu çıxışın “TikTok” sosial şəbəkəsindəki kəsintisində səsləndirdiyi fikirlər qarşıma çıxanda qətiyyən təəccüblənmədim. Peşəkar böhtançının bu dəfəki hədəfi yalnız ali dövlət vəzifəsində çalışan bir siyasətçi deyil, həm də elm xadimi olan ziyalı bir Azərbaycan xanımı idi. Sərdar Cəlaloğlu bildirirdi ki, Sahibə xanım Qafarovanın sədr seçilməzdən öncə Bakı Slavyan Universitetində prorektor olaraq çalışdığına görə Rusiyanın maraqlarına xidmət etdiyi qənaətindədir. O, həmçinin Slavyan Universitetini Rusiyanın maraqlarını açıq şəkildə müdafiə edən bir mərkəz kimi xarakterizə edib və həmin ali təhsil ocağından olan bir şəxsin Milli Məclisə sədr seçilməsini narahatlıq doğuran məsələ olduğunu vurğulayıb".

Parlamentari əlavə edib ki, burada söhbət sadəcə böhtandan getmir, uzun illər siyasi həyatda olan və az-çox kitab mütailəsi ilə seçilən bir siyasətçinin axtarıb tapdığı bu qədər bəsit, səfeh bir arqumentdən gedir: 

"Maraqlıdır ki, bu təhsil müəssisəsində çalışmazdan öncə Sahibə xanım Qafarova paytaxtımızda yerləşən Qərb Universitetində prorektor vəzifəsində olub. Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib. Demək ki, bu böhtançının düşüncəsinə görə Bakı Slavyan Universiteti Rusiyanın “arxa bağçası” imiş və orada kim çalışmışsa, oxumuşsa dolayı yolla Rusiyaya xidmət edib. O halda Azərbaycan Dillər Universiteti hansı statusda olur? ABŞ imperializminə,  yaxud alman ideologiyasına, Fransa mədəniyyətinə xidmət edənlərin məkanımı? Yaxud mənim kimi on minlərlə insanın məzun olduğu Bakı Dövlət Universiteti vaxtilə Kirov adına Azərbaycan Dövlət Universiteti adlanırdı, bu məntiqsizliyə görə bəlkə  bizlər də oraya Kirova, dolayı yolla Sovet Rusiyasına olan gizli rəğbətimizə görə daxil olmuşuq? Bəs Sərdar Cəlaloğlunun illər öncə məzunu olduğu Tibb Universiteti necə? Dünya orqan köçürmə mafiyasına mütəxəssis yetişdirən bir məkan olmasın ha... 

Sahibə xanımın özkeçmişi ilə tanış olan hər bir vicdanlı insan təsdiq edər ki, o, dürüst və obyektiv bir ziyalı xanım olmaqla yanaşı, öz ixtisası üzrə ən savadlı alimlərdən biridir. Parlamentə sədr seçiləndən sonra bütün beynəlxalq platformalarda Azərbaycanı yüksək intellektual qabiliyyəti ilə layiqincə təmsil edir. İndi hansısa axmaq çıxıb söyləsə ki, rus dilində bu cür mükəmməl səviyyədə danışırsa, demək Rusiyaya yaxındır, ingilis dilində öz ana dili səviyyəsində çıxış edirsə, görüşlər keçirirsə, beynəlxalq təşkilatların tədbirlərinə sədrlik edirsə, o halda ABŞ-yə və ya Avropa Birliyinə yaxındır, bu iddiaları ciddi qəbul edənlərin ağlından şübhə etməzsinizmi?".

Komitə sədri vurğulayıb ki, dəfələrlə bu cür şəxslərin böhtanlarına məruz qalmış və anında alın açıqlığıyla cavablarını vermiş bir siyasətçi kimi burada təəssüfləndiyim bir məqam da var:

"Tez-tez söyləyirik ki, Azərbaycanda qadınların siyasi həyatda, dövlət vəzifələrində sayı azdır, yaxud da rolları aşağıdır. Ardınca da biriləri utanmadan, çəkinmədən açıq-aşkar böhtan olduğunu bildiyi halda ölkəni layiqincə təmsil edən bir siyasətçi xanıma qarşı bu cür qarayaxmaya baş vurursa, bu hallar bəri başdan xanımlarımızın siyasi aktivliyini, cəsarətini əngəlləyən amilə çevrilir. Kiminsə siyasi platformasını, baxışlarını qəbul etməmək normal bir təzahürdür, ancaq yüzlərlə müəllimin çalışdığı, tələbənin təhsil altığı hansısa bir təhsil ocağını töhmət altında buraxmaq qətiyyən əxlaqlı davranış sayıla bilməz".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 июля 2026
NATO-nun Ankara sammiti Türkiyəni dünya gücünə çevirdi - TƏHLİL 13:35 Ruttedən Putinə sərt xəbərdarlıq: "Bizimlə oyun oynamayın" 13:17 "BakuBus" MMC-dən vətəndaşa kurioz cavab: Kondisioner işləyəndə təşəkkür etmirsiniz, işləməyəndə zəng edirsiniz 13:14 Sabahın havası açıqlandı, neçə dərəcə isti olacaq? 13:11 Tramp Ərdoğana canlı yayımda tələ qurdu: O da İranı sevmir 12:45 Tramp bu dəfə İspaniyanı "hədəf taxtası"na qoydu - Əlaqələrə yenidən baxılacaq! 12:42 ABŞ-nin İranla atəşkəsi artıq qüvvədə deyil - TƏCİLİ 12:26 Azərbaycan və İordaniya XİN başçıları danışıqlar aparır 12:26 Нармин Шахмарзаде опозорила Алескера Мамедли и его брата: "Миллионы денег..." 12:08 4 ПРИЧИНЫ, вновь разжигающие конфликт между США и Ираном: Меморандум свели на нет 12:03 Fazil Mustafadan Sərdar Cəlaloğluna sərt cavab: "İrançı şəbəkənin ruporlarına çevrilib" 11:33 Как Баку тонет в канализационных водах, или Ошибки Государственного комитета по градостроительству и архитектуре 11:28 "Gecə aeroporta çağırdılar, sonra evə qayıtmağımızı dedilər" - Naxçıvana gedən yüzlərlə sərnişin çarəsiz vəziyyətdə 11:08 İlham Əliyev İordaniya Kralını ölkəyə səfərə dəvət etdi 11:05 Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi 10:58 Действия Израиля обернулись против него самого — Взоры устремлены на Азербайджан... 10:53 Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - VİDEO 10:46 İki gün əvvəl Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı 10:43 Çində güclü yeraltı təkanlar ölkəni "silkələdi" 10:36 PUA-lar Krasnodarı dağıtdı, Türkiyə və bir çox ölkə qazsız qalacaq 10:23 Похороны Хаменеи сорвались — США не разрешили погребение 10:33 Rodriges Kolumbiya millisində yeni rekorda imza atdı 10:23 Rusiya bir gecəyə yüzlərlə Ukrayna dronunu vurdu 10:11 Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yaydı 10:16 Торжественный прием Трампа в Анкаре под Янычарский марш привел Иран в ярость 10:10 Все новости