Ərdoğan Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izlədiyini bildirdi

Ərdoğan Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izlədiyini bildirdi
13.07.2025 16:15 Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyanla telefon danışığında ölkəsinin Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə başlayan sülh danışıqlarını yaxından izlədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Ərdoğan Qafqazda sülhün bərqərar olması üçün səyləri dəstəkləməyə davam edəcəklərini deyib. O, “Terrorsuz Türkiyə” prosesi ilə terrorun həm Türkiyənin, həm də bölgənin gündəmindən tamamilə çıxarılması istiqamətində əhəmiyyətli bir addım atdıqlarını və bu prosesin qətiyyətlə davam etdiriləcəyini bildirib.

Al Nahyan da Türkiyənin “Terrordan azad Türkiyə” hədəfinin regional təhlükəsizliyə əhəmiyyətli töhfə verəcəyini bildirib və Türkiyənin bu prosesi uğurla başa vuracağına ümid etdiyini bildirib.

Ərdoğan həmçinin Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı strateji tərəfdaşlığın müsbət təsirinin hər sahədə özünü göstərdiyini və iki ölkənin müdafiə sənayesi və yeni texnologiyalar başda olmaqla bir çox sahədə böyük potensiala malik olduğunu vurğulayıb.

XƏBƏR LENTİ
16 IYUN 2026
Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Bütün Xəbərlər