Bakı Təhlükəsizlik Forumu "Euronews"-un diqqət mərkəzində - Video

Bakı Təhlükəsizlik Forumu "Euronews"-un diqqət mərkəzində - Video
01.10.2025 18:29 Siyasət

Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir regionda keçirilən Bakı Təhlükəsizlik Forumu yenidən qlobal təhlükəsizlik haqqında əsas müzakirələrin məkanına çevrilir.

TodayPress TV xəbər verir ki, bu barədə "Euronews" telekanalının "Bakı Təhlükəsizlik Forumu 2025: terrorizm, kibertəhdidlər və qlobal böhranlar" adlı videosüjetində qeyd edilib.

"Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid, eləcə də risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir", - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev forumu açarkən Azərbaycan Prezidenti İlham Əliyevin müraciətindən sitat gətirib.

Süjetdə qeyd edilir ki, forum 80-dən çox dövlətin nümayəndələrini bir araya gətirib. İştirakçılar təhlükəsizlik sahəsində sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məqsədilə terrorizm, kibercinayətkarlıq, dezinformasiya və humanitar böhranlarla mübarizəni müzakirə ediblər.

"Terrorçular hökumətlərin işini pozmağı, eləcə də dinc insanların həyatını dağıtmağı bacarırlar. Buna İŞİD və ya "Əl-Qaidə"ni nümunə göstərmək olar. Buna görə də bizim dövlətlər olaraq əməkdaşlıq etməyimiz vacibdir. Əks halda, onlar (terrorçular) bizi üstələyə, xaos yaya, heç bir hakimiyyətlə hesablaşmadan dağıda və insanları öldürə bilərlər. Yəni əməkdaşlıq vacib məsələdir. Bu təhdidlərin öhdəsindən gəlməyin başqa yolu yoxdur", - "Euronews" Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəisi Noordin Mohammed Hacinin sözlərini təqdim edib.

Telekanal, həmçinin BMT-nin ilk dəfə forumda təmsil olunduğuna diqqət çəkib. Vurğulanıb ki, bu, praktiki nəticələrə yol açan beynəlxalq dialoqun əhəmiyyətini əks etdirir.

"BMT-nin belə tədbirlərdə iştirakı bizə təhlükəsizlik cəmiyyətinin əsas hissəsi ilə qarşılıqlı əlaqə qurmaq imkanı verir. Bu bizə məlumat əldə etməyə əsaslanan strategiyalar qurmağa kömək edir", - süjetdə BMT-nin Terrorizmlə Mübarizə İdarəsinin (UNOCT) proqram rəhbəri və hüquq-mühafizə məsələləri üzrə müşaviri Nigel Lazarus bildirib.

Bundan əlavə, reportajda qeyd edilib ki, forum Azərbaycan və Ermənistan kimi münaqişələrə cəlb olunmuş ölkələr arasında konstruktiv dialoq üçün platforma olub.

"Əgər siz oturub danışa bilmirsinizsə, qarşılaşdığımız bir çox problemləri, təhlükəsizliyin çoxsaylı çağırışlarını həll edə bilməzsiniz. İstər Rusiyanın Ukrayna ilə müharibəsi olsun, istərsə də Qəzzada, Sudanda və Afrikanın digər ölkələrində baş verən hadisələr olsun, belə olan halda öhdəsindən gələ bilməzsiniz. Yalnız dialoq və belə platformalar vasitəsilə həll yolu tapmaq mümkündür. Beləliklə, biz təcrübələr əldə edirik və dünyanın qarşısında duran problemlərin daha yaxşı həlli yollarını bir-birimizdən öyrənirik", - Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri bildirib.

Öz növbəsində, Argentinanın Kəşfiyyat Xidmətinin direktoru Kolombo Alexandro vurğulayıb ki, Bakı Təhlükəsizlik Forumunun keçirildiyi üç gün ərzində bir çox ölkələrlə görüşlər keçirilib və "adətən illərin tələb olunduğu" nəticələr əldə edilib. Əvvəllər bu qədər geniş təmasların olmadığı ölkələrlə də əlaqələr möhkəmlənib.

"Geosiyasi gərginlikdən, təhlükəsizlik prioritetləri və çoxtərəflilik haqqında yenilənmiş müzakirələrdən praktikaya qədər danışıqlar müasir qlobal təhlükəsizlik çağırışlarının təxirəsalınmazlığını və mürəkkəbliyini əks etdirirdi", - "Euronews" bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər