Azərbaycanla Meksika arasında memorandum imzalandı

Azərbaycanla Meksika arasında memorandum imzalandı
19.04.2026 09:55

"Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdə Yaşayan Meksikalılar İnstitutu vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu" imzalanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Sənəd komitə sədri Fuad Muradovun Meksikaya işgüzar səfəri çərçivəsində Meksika Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan Meksikalılarla İş üzrə İnstitutun rəhbəri Tatyana Klutye ilə görüş çərçivəsində imzalanıb.

İmzalanan sənəd xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsini, onların hüquq və maraqlarının qorunmasını, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər arasında müntəzəm məsləhətləşmələrin aparılması, informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihə və təlim proqramlarının təşkili planlaşdırılır. Sənəd iki ölkə arasında diaspor sahəsində əməkdaşlığın institusional əsaslarını möhkəmləndirərək gələcəkdə daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır.

Görüşdə həmçinin hər iki ölkənin xaricdə yaşayan vətəndaşlarla iş sahəsindəki yanaşmaları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab bərabərləşdi - VİDEO 20:04 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Все новости