Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA

Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA
09.07.2026 16:04

Tətil günlərində şagirdlərə verilən ev tapşırıqlarının həcmi hər il valideynlər və müəllimlər arasında müzakirə mövzusuna çevrilir. Bir çox valideyn hesab edir ki, bəzi hallarda tapşırıqların həddindən artıq çox olması uşaqların istirahət etmək imkanını məhdudlaşdırır və tətili dərs yükünə çevirir.

Bəs şagirdlər tətil vaxtlarını necə dəyərləndirməlidir? Onları çoxsaylı ev tapşırıqları ilə yükləmək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, tətilin əsas məqsədi şagirdlərin həm fiziki, həm də psixoloji cəhətdən dincəlməsini təmin etməkdir.


Onun sözlərinə görə, təhsil prosesi şagirdlərin yaş xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla balanslı şəkildə təşkil edilməlidir:

"Şagirdlər tətillərə daha çox istirahət etmək, əylənmək və gündəlik dərs rejimindən bir qədər uzaqlaşmaq məqsədilə baxırlar. Bu baxımdan, onlara həddindən artıq ev tapşırığı verilməsi tətilin mahiyyətinə uyğun deyil və bu vacib fürsətin mənfi şəkildə dəyərləndirilməsi deməkdir. Təhsil prosesinin balanslı və şagirdlərin ehtiyaclarına uyğun qurulması olduqca vacibdir".

Ekspert vurğulayıb ki, tətil müddətində müəyyən həcmdə tapşırıqların verilməsi normal sayılsa da, onların miqdarı və çətinlik dərəcəsi şagirdlərin yaşına uyğun müəyyənləşdirilməlidir:

"Siniflərdən asılı olaraq müəyyən tapşırıqlar verilə bilər. Lakin bu tapşırıqların həcmi və mürəkkəbliyi şagirdlərin yaşına, sinif səviyyəsinə və tədris yükünə uyğun tənzimlənməlidir. Xüsusilə ali məktəbə hazırlaşan 11-ci sinif, eləcə də buraxılış sinfi olan 9-cu sinif şagirdlərinə əlavə tapşırıqların verilməsi müəyyən mənada başadüşüləndir. Ancaq aşağı siniflərdə oxuyan şagirdlərin həddindən artıq dərs yükü ilə qarşılaşması doğru yanaşma deyil".

Rizvan Fikrətoğlu əlavə edib ki, uşaqları daim dərs oxumağa və tapşırıqları yerinə yetirməyə məcbur etmək onların təhsilə marağını azalda bilər.

"Şagirdlərə bayram və tətil günlərində müəyyən sərbəstlik verilməli, onların dincəlməsi və özlərini yenidən dərsə hazır hiss etmələri üçün kifayət qədər vaxt ayrılmalıdır. Bu yanaşma həm onların dərsə marağını artıracaq, həm də ümumi inkişafına müsbət təsir göstərəcək".

Mütəxəssis müəllim və valideynlərə də tövsiyələrini çatdıraraq bildirib ki, hər bir şagirdə fərdi yanaşmaq vacibdir:

"Hər bir sinfin, hər bir yaş dövrünün öz xüsusiyyətləri var. Tapşırıqlar da məhz bu xüsusiyyətlər nəzərə alınaraq verilməlidir. Müəllimlər və valideynlər şagirdlərə münasibətdə diqqətli və düşüncəli olmalı, onların həm təhsilini, həm də psixoloji rahatlığını eyni dərəcədə ön planda saxlamalıdırlar", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
09 июля 2026
Bu ölkələr ABŞ və İranı barışdırmaq üçün plan qurur 21:07 UEFA Avropa Liqası: "Qarabağ" fasiləyə üstün yollandı - CANLI 20:02 HƏMAS sözçüsünün olduğu avtomobil vuruldu - VİDEO 20:43 Tramp Baydenin ən böyük səhvini təkrarlayır - İDDİA 20:27 Netanyahu xərçəngin müalicəsini tapdı 20:15 Moskvanı sarsıdacaq qərarın tarixi açıqlandı 19:57 “Cəmi 2 ay qaldı” - Çexiya Prezidentindən Rusiya ilə bağlı ÇAĞIRIŞ 19:38 Ermənistan məhkəməsi Karapetyanla bağlı QƏRAR VERDİ 19:19 ABŞ 47 illik qərarını dəyişir 19:04 Netanyahu Argentinanı seçdi, amma Messini yox 18:56 Hörmüz boğazında hərəkət DAYANDI 18:47 Azərbaycan və İtaliya arasında nə baş verir? 18:32 Qazdan istifadə qaydaları DƏYİŞDİRİLDİ 18:27 Xəstəxanalarla bağlı YENİ QƏRAR 18:21 Bəzi dövlət qurumlarında ştat sayı təsdiqləndi 18:17 Bakıda kişi keçmiş arvadını güllələdi - VİDEO 18:10 Artıq bu binalar üçün yeni pasport tələb olunacaq 18:05 Sabah Respublikanın bəzi ərazilərində qaz olmayacaq 18:03 "Arsenal" qapıçı İllan Melyeni heyətinə qatıb 17:49 Греческий премьер, которого хотели убить генералы, бежал в Турцию, взяв с собой сына Мицотакиса: поучительная судьба «Липового хулигана» 17:31 Американские силы за последние два дня поразили более 170 объектов в Иране 17:21 Ordusu olmayan ölkənin qadın lideri NATO sammitində necə parladı ? 17:18 Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq 17:10 Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix açıqlandı 16:47 İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma... 16:29 Все новости