Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?

Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?
14.11.2025 16:42

"Azərbaycan təhsilində tətbiqi nəzərdə tutulan yeni model - müəllimlərin əmək haqqının dərs yükünə deyil, iş saatına əsasən hesablanması bəzi praktiki boşluqlar yaradacaq".

Bunu təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, yeni model beynəlxalq təcrübəyə uyğundur və Türkiyə də daxil olmaqla bir çox ölkələrdə analoji sistem tətbiq olunur. Əsas dəyişiklik müəllimin maaşının artıq 12, 18 və ya 24 saatlıq dərs yükünə deyil, tam iş saatına görə hesablanmasıdır:

"Bu model müəllimlərin məktəbdə daha çox vaxt keçirməsinə, şagirdlərlə fərdi işlərin, əvəzləmələrin və sosial fəaliyyətlərin səmərəli təşkilinə şərait yaradacaq. Əgər müəllim saat 5-ə qədər məktəbdə olacaqsa, o zaman dərsə girməyən fənn müəllimi başqa fənnin müəllimi ilə əvəz edilməyəcək. Bu, şagirdin xeyrinədir".

Ekspert əlavə edib ki, sinif rəhbərləri də zəif şagirdlərlə məktəbdən sonra məşğələ keçmək imkanı qazanacaq.

O bildirib ki, hazırkı sistemdə məktəb direktoru hər gün 8-dən 6-ya qədər işdə olur, amma müəllim həftənin üç günü dərsini yığıb digər günlər rahat şəkildə istirahət edə bilir:

"Direktor 1000 manat alır, müəllim 800 manat. Amma direktor hər gün işdədir, müəllim isə yalnız dərs saatında gəlir. Bu anormallıq aradan qalxmalıdır. Yeni modeldə əsas problem standart maaşa görə müəllimlərin daha az dərs götürmək istəməsi ola bilər. Əvvəllər müəllim çox dərs götürmək üçün can atırdı. İndi isə standart maaş olduğu üçün çalışacaq ki, daha az dərsə girsin. Bu, real təhlükədir".

Ramin Nurəliyev əlavə dərs saatlarına görə ayrı hesablanmış ekstra ödənişin tətbiqini vacib sayır:

"Məsələn, 20 saat baza maaşına uyğun hesablanırsa, əlavə 5-6 saat dərs üçün ayrıca ödəniş olmalıdır. Müəllimin məktəbdə qalması əmək haqqının artırılmasını şərtləndirir. Müəllimin günün böyük hissəsini məktəbdə keçirməsi əmək haqqının artırılmasını zəruri edir. Əgər müəllim saat 5-ə, 6-ya qədər məktəbdə qalacaqsa, maaşların tənzimlənməsi qaçılmazdır. Nazirliyin bu istiqamətdə mexanizm hazırladığı qənaətindəyəm", - deyə o fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Все новости