İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III beynəlxalq konfrans başa çatdı

İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III beynəlxalq konfrans başa çatdı
16.11.2025 16:40

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Kilis 7 Aralık Universitetinin birgə təşkilatçılığı ilə keçirilən EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans başa çatıb.

Bu barədə TodayPress TV-yə BDU-dan məlumat verilib. Bağlanış mərasimində qeyd olunub ki, 33 ölkədən alim və tədqiqatçıların, dövlət qurumları və biznes strukturlarının nümayəndələrinin iştirakı konfransı regional və qlobal miqyasda mühüm elmi dialoq platformasına çevirib.

Tədbirdə Bakı Dövlət Universiteti və Kilis 7 Aralık Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə empirik tədqiqatların aparılması, ortaq nəşrlərin hazırlanması və gənc tədqiqatçıların bu prosesə daha fəal cəlb olunması ilə bağlı planlar diqqətə çatdırılıb. Konfrans çərçivəsində aparılan müzakirələr əsasında iqtisadiyyatın dayanıqlı inkişafı, dövlət maliyyəsinin şəffaf idarə olunması, yaşıl keçid, sosial bərabərlik və innovativ idarəetmə modelləri üzrə bir sıra tövsiyə xarakterli nəticələr formalaşdırılıb.

Bağlanış mərasimində məruzəçilərə və sessiya moderatorlarına sertifikatlar təqdim olunub.

Çıxış edənlər konfransın Türkiyə və Azərbaycan arasında mövcud strateji müttəfiqliyin elm və təhsil müstəvisində daha da dərinləşməsinə xidmət etdiyini, elmi əməkdaşlığın yeni istiqamətlərinə yol açdığını bildiriblər.

TodayPress TV

ФОТО

İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III beynəlxalq konfrans başa çatdı — 1
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Все новости