Hərbi möhlət, yoxsa “bəhanə yeri” ? - Doktorantlara XƏBƏRDARLIQ

Hərbi möhlət, yoxsa “bəhanə yeri” ? - Doktorantlara XƏBƏRDARLIQ
02.02.2026 11:39

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini başa çatdıranadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Bu imkanın bəzi gənclər tərəfindən hərbi xidmətdən yayınmaq üçün istifadə edilib-edilməməsi isə suallar yaradır.  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, qanunvericiliyin verdiyi bu hüquq bəzən yanlış şərh olunur və bütün doktorantları eyni mövqedə göstərmək düzgün deyil.


Onun sözlərinə görə, bəzi hallarda bu imkandan sui-istifadə edənlər olsa da, bunu bütün oğlan tələbələrə aid etmək olmaz: 

"Doktorantura təhsili alanların əhəmiyyətli hissəsi məhz elmi tədqiqat aparmaq, ixtisasları üzrə dərinləşmək və elmi fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirmək istəyən şəxslərdir. Onlar üçün əsas məqsəd hərbi xidmətdən yayınmaq yox, elmi işlərini yarımçıq qoymamaqdır. Hətta elə gənclər var ki, hərbi xidməti əvvəlcə keçib, daha sonra elmi fəaliyyətə qayıtmağı üstün tuturlar. Bu da göstərir ki, doktorantura seçimi hər zaman möhlət məsələsi ilə bağlı deyil".

Təhsil eksperti vurğulayıb ki, hər ali təhsil məzunu doktoranturaya maraq göstərmir. Bəziləri bakalavr təhsili ilə kifayətlənir, bəziləri magistraturanı bitirdikdən sonra təhsili davam etdirmir. Doktorantura isə daha çox elmi istiqamətdə marağı və məqsədi olan şəxslərin seçimidir: 

"Bəli, müəyyən sayda gənc doktorantura təhsilini hərbi xidmətdən yayınmaq üçün bir vasitə kimi görə bilər. Lakin bu hallar ümumi mənzərəni əks etdirmir və böyük əksəriyyət üçün doktorantura sırf elmi fəaliyyətlə bağlı şüurlu seçimdir. Doktorantlara verilən hərbi möhlət hüququnun mövcudluğu avtomatik olaraq onun “bəhanə yeri” kimi dəyərləndirilməsi anlamına gəlmir və məsələyə fərdi yanaşmaq daha düzgün olardı", - deyə Elçin Əfəndi fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Все новости