Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri elan olundu

Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri elan olundu
24.07.2026 17:50

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il 25 iyun tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.

Bildirilib ki, 17-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanının iştirakçıları nəticələr ilə buradan, xarici dil üzrə fəlsəfə doktoru imtahanının iştirakçıları isə buradan tanış ola bilərlər.

İmtahanlarda 2243 namizəd və iddiaçı (1864 nəfər doktoranturaya qəbul, 378 nəfər fəlsəfə doktoru, 1 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 73 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

1 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Xarici dil üzrə fəlsəfə doktoru (minimum) imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək [email protected] ünvanına məzmunla bağlı yazılı müraciətlərini göndərə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyən namizədlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
24 июля 2026
Yasamalda yanğın nəqliyyatı iflic etdi - Sürücülərə XƏBƏRDARLIQ! 21:08 ABŞ-dən İsraildəki vətəndaşlarına təcili xəbərdarlıq: “Hazır olun!” 21:03 Zakir Həsənov 12 hərbçinin öldüyü hücumla bağlı başsağlığı verdi 20:58 Türkiyə parlamentində qüvvələr nisbəti dəyişir: Özgür Özel və 90 deputat... 14:57 İran müxalifətinin qərargahları vuruldu - FOTO 20:53 Özgür Özel: “Ehtiyat partiyamız var” 20:44 İtaliya millisinin yeni baş məşqçisi o oldu 20:39 Zelenskinin yeni “kozırı”: Rekord məsafəli dronlar hazırlanır 20:30 Bu medallar uğrunda 700-ə yaxın güləşçi mübarizə aparacaq - FOTO 20:20 Tsarukyana ağır zərbə: Ona məxsus zavodun direktoru saxlanıldı 20:11 “Space TV” keçmiş rəhbərliyi belə ittiham etdi - DETALLAR 20:01 Si Cinpin və Putin Trampa İranla bağlı söz verdi 19:49 160 milyon manat hara gedib? - Pozuntu üzə çıxdı 19:34 “İran müharibədən sonra gücləndi” - Əraqçi elə danışdı ki… 19:26 Kılıçdaroğlu “yarısını itirdi” - Komandası dağılır 19:18 Tramp Netanyahunu Ağ Evə çağırdı - Görüşün tarixi AÇIQLANDI 19:05 Arayik Harutyunyan və digərlərinin apellyasiya şikayətləri ilə bağlı məhkəmədən yeni xəbər 18:58 Nazirlikdən təcili xəbərdarlıq: Azərbaycanda təhlükəli günlər başlayır 18:44 Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi 18:33 Tramp və Zelenski görüşə hazırlaşır - Nələr baş verəcək? 18:24 İspaniyada yanğın nəzarətdən çıxdı: Avropadan TƏCİLİ yardım istənildi - VİDEO 18:09 Ukrayna 36 PUA göndərdi, Voronejdə fövqəladə vəziyyət elan edildi 18:02 Doktorantura səviyyəsində xarici dil fənni üzrə qəbul nəticələri elan olundu 17:55 Назван арбитр, который определит судьбу «Нефтчи» 17:39 “Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu 17:20 Все новости