Dərs və məşğələ zamanı telefondan istifadə qadağan edildi

Dərs və məşğələ zamanı telefondan istifadə qadağan edildi
29.06.2026 18:32

Elm və Təhsil Nazirliyinin müvafiq Kollegiya Qərarı ilə məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəni tənzimləyən yeni Qaydalar təsdiq edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı məlumat yayıb.

"Bu Qərar bilavasitə Azərbaycan Respublikası Prezidentinin rəqəmsal mühitdə uşaqların zərərli məzmundan qorunması ilə bağlı Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır", - o bildirib.

Qeyd olunub ki, yeni qaydaların əsas mahiyyəti ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini artırmaq, şagirdlərin diqqətini dərsə yönəltmək və onları rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaqdır.

Qaydalara görə, şagirdlərin dərs və məşğələ müddətində mobil telefon, planşet, ağıllı saat və digər analoji cihazlardan istifadəsi qadağan edilir. Şagirdlər tərəfindən məktəbə gətirilən cihazlar dərs bitənədək söndürülmüş və ya səssiz rejimdə, məktəb rəhbərliyinin müəyyən etdiyi xüsusi yerlərdə saxlanılmalıdır.

Cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti ilə, sırf tədris məqsədləri üçün köməkçi vasitə kimi istifadə oluna bilər. Mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) istifadəyə icazə verilir.

Qaydaların pozulması hallarına nəzarət məktəbin daxili intizam qaydaları ilə tənzimlənəcək. Cihazlardan qanunsuz istifadə aşkarlandıqda, 1 iş günü müddətində valideyn (və ya digər qanuni nümayəndə) dərhal məlumatlandırılacaq, şagirdlə fərdi profilaktik söhbət aparılacaq, valideyn məktəbə dəvət olunaraq müəllimlərlə birgə müzakirə təşkil ediləcək və şagird tərbiyəvi tədbirlərə cəlb olunacaq.

Bu qaydalar sadəcə bir "qadağa" mexanizmi deyil. Qaydalarda vurğulanır ki, məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün informasiya təhlükəsizliyi, elektron oyunlar zamanı diqqət yetirilməli olan məqamlar, həmçinin kibertəhlükəsizliyin təmin edilməsi mövzularında mütəmadi maarifləndirmə tədbirləri keçiriləcək.

Yeni qərar məktəblərdə texnologiyanı tamamilə rədd etmir, əksinə, onun nəzarətsiz istifadəsini məhdudlaşdıraraq təhlükəsiz tədris mühiti yaratmağı hədəfləyir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 августа 2026
Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Tramp təhlükə olan təyyarədə onu tək buraxdı deyə, istefa verdi 21:30 Kokainin üzərindən futbolçu çıxdı - Maraqlı olay - VİDEO 21:19 SON DƏQİQƏ: Azərbaycanda güclü zəlzələ oldu 21:02 Peşə məktəblərinə qəbul nəticələri AÇIQLANDI 21:01 Husilər Səudiyyənin silahlarını məhv etdi - VİDEO 20:50 Seutada həyəcan siqnalı: Minlərlə hərbçi sərhədə göndərildi 20:38 Все новости