Dərs saatları artırılır: Şagird və müəllimlərin taleyi necə olacaq?

Dərs saatları artırılır: Şagird və müəllimlərin taleyi necə olacaq?
09.12.2025 15:35

"Son illərdə Azərbaycan dili fənni üzrə şagirdlərin həm buraxılış, həm də blok imtahanlarında əldə etdiyi nəticələr gözlənilən səviyyədə olmayıb. Bu amili nəzərə alaraq, həm Azərbaycan bölməsi, həm də digər bölmələrdə Azərbaycan dili dərs saatının müəyyən qədər artırılması vacibliyi yaranıb".

Bu fikirləri TodayPress TV-yə danışan təhsil eksperti Elçin Əfəndi bildirib. 


Onun sözlərinə görə, Azərbaycan dili dərs saatlarının artırılması şagirdlərin ana dilini daha dərindən mənimsəməsi üçün mühüm addımdır:

"Azərbaycan dili üzrə imtahan nəticələrinin ürəkaçan olmaması göstərir ki, fənnin tədris yükü gücləndirilməlidir. Dərs saatlarının artırılması doğma dilin həm nəzəri, həm də praktiki tətbiqində yüksək nəticələr əldə etməyə imkan verəcək".

Ekspert hesab edir ki, bu addım yalnız şagirdlərin deyil, müəllimlərin də nəticələrinə müsbət təsir göstərəcək:

"Qarşıdakı illərdə həm ibtidai sinif müəllimlərinin, həm də Azərbaycan dili müəllimlərinin akademik göstəricilərində artım müşahidə olunacaq. Dərs saatlarının artırılması keyfiyyətin yüksəlməsinə xidmət edən vacib elementdir".

Elçin Əfəndi sonda vurğulayıb ki, qərar təhsilin real tələbatından doğur və ana dilinin daha yüksək səviyyədə öyrədilməsinə yönəlib.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı tədris planlarında Azərbaycan dili üzrə dərs saatlarının artırılacağını deyib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Все новости