Ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi

Ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi
03.03.2026 17:03

Martın 3-də Bakı Ali Neft Məktəbində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul prosesinə həsr olunmuş görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavinləri, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev gündəlikdə yer alan məsələləri qeyd edib və müzakirəsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Biliyin qiymətləndirilməsi və ali təhsil müəssisələrinə tələbə qəbulu” mövzusunda geniş təqdimatla çıxış edib. Sədr müasir dövrdə ölçülməsi vacib olan bilik və bacarıqlardan bəhs edib, xüsusilə rəqəmsal savadlılığın qiymətləndirilməsində əsas məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, qəbul prosesi məqsədyönlü və məsuliyyətli təhsil trayektoriyasının başlanğıcı kimi formalaşdırılmalıdır.

Çxışında ali təhsil müəssisələri ilə bağlı mövcud problemlərə və həlli yollarına toxunan Emin Əmrullayev bu sahədə gələcək fəaliyyət istiqamətləri barədə də ətraflı məlumat verib. Nazir ali təhsil müəssisələri arasında rəqabət mühitinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb, bunun təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq reytinqlərdə mövqelərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüş çıxışlardan sonra qarşılıqlı müzakirə formatında davam etdirilib, mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər