Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI

Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI
22.06.2026 16:48

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, paytaxtda 46 mindən çox şagird bir il ərzində oxuduğu məktəbi dəyişib. Bu qədər şagirdin yerdəyişmə etməsi insanlarda müxtəlif düşüncələrin yaranmasına səbəb olub.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu göstəricini yalnız təhsil sistemində problem kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, şagird yerdəyişmələrinin arxasında daha çox sosial və məişət amilləri dayanır.


Ekspert qeyd edib ki, valideynlərin iş yerinin dəyişməsi, ailələrin regionlardan Bakıya və ya əksinə köçməsi kimi hallar şagirdlərin məktəb dəyişməsində əsas səbəblərdəndir. Eyni zamanda, yaşayış ünvanının dəyişməsi, məsələn, kirayədən yeni evə köçmək şagirdlərin yeni əraziyə uyğun məktəbə yönləndirilməsinə gətirib çıxarır.

Ekspert əlavə edib ki, bəzi hallarda valideynlərin təhsil müəssisəsindən narazılığı, məktəbdə yaranan müəyyən problemlər, rəhbərlik və ya müəllim dəyişikliyi də yerdəyişməyə təsir göstərir. Lakin onun fikrincə, bu hallar ümumi statistika içində daha kiçik paya malikdir.

Ekspert vurğulayıb ki, yerdəyişmələrin elektron sistem vasitəsilə həyata keçirilməsi prosesi daha şəffaf və əlçatan etsə də, rəqəmin böyük görünməsi ictimai müzakirələrə səbəb olur.

“46 min rəqəmi yüksək görünə bilər, amma səbəbləri nəzərə aldıqda bunu yalnız təhsil sistemindəki problemlə əlaqələndirmək düzgün olmaz. Təhsildən narazılıq səbəbilə yerdəyişmə edənlərin payının çox olduğunu düşünmürəm”, – deyə, o, bildirib.

Ramin Nurəliyev ümumilikdə bu göstəricini tək bir faktorla izah etməyin çətin olduğunu və müxtəlif sosial səbəblərin birlikdə rol oynadığını qeyd edib.

Xanım Musayeva

ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır [[– SƏBƏB ]] 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Какая погода будет завтра? — ПРОГНОЗ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Никол Пашинян позвонил Президенту Ильхаму Алиеву 12:36 Министр обороны Пакистана: «Мусульманские страны должны объединиться наподобие НАТО» 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Начался выбор вакансий учителями в соответствии с их фактическим местом проживания 12:06 Пенсии выплачены 11:20 Призыв из Грузии к России: «Положите конец оккупации!» 11:24 Сильное землетрясение в Японии: Число погибших возросло 09:15 КСИР: США потерпели поражение в войне с Ираном 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 В Грузии приспущены государственные флаги 10:39 Холодная волна из Антарктиды обрушилась на Новую Зеландию 10:24 Послание Азербайджану от Пашиняна: «Мир установлен» 10:07 Пезешкиан обратился к США: «Америка должна вернуться домой!» 09:56 Россия нанесла удары по Киеву: Есть погибшие и раненые 09:36 Все новости