"Ad-san" xatirinə edilən seçimlər gəncləri peşman edə bilər" – Mütəxəssis

"Ad-san" xatirinə edilən seçimlər gəncləri peşman edə bilər" – Mütəxəssis
30.07.2025 16:14 Elm və Təhsil

Avqust ayında abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayacaq. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, ixtisas seçimi mərhələsi abituriyentin gələcək peşə və həyat yolunu müəyyənləşdirən həlledici qərarlardan biridir.  

"İxtisas seçimi abituriyentin taleyini müəyyənləşdirən əsas mərhələdir. Bu prosesə çox ciddi və soyuqqanlı yanaşmaq lazımdır. Valideyn təzyiqi, cəmiyyətin populist yanaşmaları, yaxud "ad-san" xatirinə edilən seçimlər gəncləri sonradan peşman edə bilər".   

Ekspertin fikrincə, bu il ixtisas seçimi prosesində rəqabət əsasən texnoloji, tibb və hüquq sahələrində olacaq. Onun sözlərinə  görə, bu sahələrə maraq hər il artmaqda davam edir və yüksək bal toplayan abituriyentlər arasında üstünlük təşkil edir. 

“Eyni zamanda, abituriyentlər seçim etməzdən öncə həmin ixtisaslar haqqında ətraflı araşdırma aparmalı, proqram məzmunu, tədris dili, təcrübə imkanları, yerli və beynəlxalq əmək bazarındakı tələbat kimi meyarları nəzərə almalıdırlar".

O, həmçinin valideynlərə də çağırış edərək bildirib ki, övladlarının maraq və qabiliyyətlərini nəzərə almadan edilən müdaxilələr onların motivasiyasını sarsıda bilər. 

Sonda Rizvan Fikrətoğlu abituriyentləri qəbul ballarına uyğun şəkildə, reallığı dəyərləndirərək seçim etməyə çağırıb.

Türkan İsgəndərli

FOTOLAR

"Ad-san" xatirinə edilən seçimlər gəncləri peşman edə bilər" – Mütəxəssis — 1
XƏBƏR LENTİ
05 AVQUST 2026
Bakıda məscid yanır 21:54 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Bütün Xəbərlər