Abituriyentləri narahat edən təklif: Haqqını tələb etmək ödənişli olacaq?

Abituriyentləri narahat edən təklif: Haqqını tələb etmək ödənişli olacaq?
25.06.2026 20:30

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin apellyasiya müraciətlərinin ödənişli edilməsi ilə bağlı səsləndirdiyi fikir ictimaiyyətdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda apellyasiya prosesində müraciətlərin çoxluğu normal haldır və bu, əsasən yoxlama prosesində insan faktorunun mövcudluğu ilə bağlıdır.


Ekspertin sözlərinə görə, qəbul imtahanlarında açıq tipli suallar markerlər tərəfindən yoxlanıldığı üçün müəyyən səhvlərin baş verməsi qaçılmazdır:

“Dövlət İmtahan Mərkəzi apellyasiya müraciətlərinə baxdıqdan sonra bəzi iştirakçıların haqlı olduğunu qəbul edir və onlara əlavə bal verir. Bu isə göstərir ki, markerlərin yoxlamasında müəyyən səhlənkarlıq və ya diqqətsizlik halları ola bilir. Apellyasiya mexanizmi də məhz bu cür halların aradan qaldırılması üçün nəzərdə tutulub”.

Ramin Nurəliyev hesab edir ki, əgər gələcəkdə apellyasiya müraciətləri ödənişli əsaslarla qəbul olunacaqsa, bu zaman müraciətçilərlə birbaşa əlaqə yaradılması vacibdir:

“Mən düşünürəm ki, apellyasiya mərhələsində müraciətlər ödənişli olacaqsa, müraciətçi mütləq dinlənilməlidir. Hazırda isə müraciətçi ilə birbaşa ünsiyyət qurulmadan, apellyasiya komissiyası tərəfindən qərar verilir”.

Ekspert əlavə edib ki, apellyasiya sistemində şəffaflığın və iştirakçıların prosesə cəlb olunmasının artırılması daha məqsədəuyğun olardı.

Xanım Musayeva

ЛЕНТА НОВОСТЕЙ
15 августа 2026
9 ölkə Aİ-nin İrana qarşı sanksiya qərarına qoşuldu - SİYAHI 09:31 DİQQƏT!: Metronun “28 May” və “Nizami” stansiyaları arasında hərəkət dayandırıldı 09:19 Озвучено число погибших в результате землетрясения в Индонезии 09:12 Трамп не извинился перед американцами за подорожание бензина: «Я всё сделал правильно» 01:28 Вулкан Этна извергается, а туристы стекаются созерцать 01:41 Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı 00:42 Чиро Иммобиле «повесил бутсы на гвоздь» 01:35 ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi 00:31 Bolqarıstanın F-16 arzusu 2030-a qaldı! 01:04 Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Трамп хочет присоединить Ормуз к США 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Все новости