"Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı oldu

"Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı oldu
06.02.2026 23:50
Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

TodayPress TV xəbər verir ki, açılış mərasimində Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında ikinci ildir təşkil edilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib.

Fərhad Bədəlbəyli deyib: “Qış nağılı” Musiqi Festivalı artıq ikinci dəfədir ölkəmizin dilbər guşələrindən olan və füsunkar təbiəti ilə seçilən Qəbələ şəhərində keçirilir. Hələ 2009-cu ildə təməli qoyulan və gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən bütün sənətsevərləri bir araya toplayıb. Bu gün Qəbələ sanki bütün sehrli qapılarını bizim üçün açıb. Çox gözəl hava var, biz qarı gözləyirdik. Çünki qarsız bu festival alına bilməzdi”.

Festivalın bədii rəhbəri göstərilən kömək və dəstəyə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və “Gilan”a dərin təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin iştirakı ilə “Viva Opera” adlı konsert proqramı təqdim olunub.

Simfonik Orkestr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas kollektivlərindən biridir. Opera və Balet Teatrının fəaliyyət göstərdiyi bütün dövrlərdə bu orkestrdə ən peşəkar və istedadlı musiqiçilər çalışıblar. Orkestrin dirijor pultu arxasında müxtəlif dövrlərdə Maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənov, Əhəd İsrafilzadə, Kamal və Rauf Abdullayevlər kimi məşhur dirijorlar dayanıb. Hazırda Simfonik Orkestrdə 124 musiqiçi çalışır. Onlar violin, viola, violençel, kontrabas, arfa kimi simli, həmçinin piano, zərb və sair alətlərdə ifa edirlər. Avropa musiqi alətləri ilə yanaşı, orkestrdə tar, kamança kimi milli musiqi alətlərindən də istifadə edilir. Bu gün simfonik orkestrdə fəxri adlar daşıyan çox sayda professional ifaçı çalışır. Təcrübəli musiqiçilərlə yanaşı, orkestrdə gənclərə də böyük əhəmiyyət verilir. Hər il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan tələbələr və Akademiyanın məzunları içərisindən ən perspektivli, bacarıqlı gənclər ciddi müsabiqə yolu ilə orkestrə qəbul edilir və burada ustad musiqiçilərdən ifaçılığının sirlərini öyrənirlər.

Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə keçən konsertdə X.Ximenes, F.Leqar, L.Delib, D.Moduno, A.Lara, A. Biksio, C.Verdi, L.Denza, C.Rossininin operalarından ariyalar, həmçinin italyan nəğməsi, Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”, M.Mirzəyevin “Azərbaycan rəqsi” ifa olunub.

Solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor) və Mahir Tağızadənin (bariton) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir. Festival çərçivəsində fevralın 7-də Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi körpüsü” kamera musiqi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcə biləcəklər.

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Все новости